Modern.az

Qazaxıstanda Suriya ilə bağlı görüş qapalı formatda keçiriləcək

Qazaxıstanda Suriya ilə bağlı görüş qapalı formatda keçiriləcək

22 Yanvar 2017, 11:37

Qazaxıstanın paytaxtı Astanada Suriyada davam edən münaqişənin nizamlanması üzrə danışıqlar bağlı qapılar arxasında aparılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

İdarənin məlumatına görə, danışıqlar bazar ertəsi Bakı vaxtı ilə 11:00-da başlamalı və cədvələ uyğun olaraq, çərşənbə axşamı təqribən həmin saatlarda yekunlaşmalıdır.

Bildirilir ki, danışıqlarda Suriya hökuməti və müxalifətinin təmsilçiləri, Rusiya, İran, Türkiyə və ABŞ nümayəndələri, həmçinin BMT baş katibinin Suriya üzrə xüsusi elçisi iştirak edəcək.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi