Modern.az

Şabranda ev yanıb, 2 nəfər xilas edilib

Şabranda ev yanıb, 2 nəfər xilas edilib

Aktual

22 Yanvar 2017, 13:03

Şabran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 450 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın tavanı və dam örtüyü 30 m2 sahədə yanıb.

 

Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmiş vəziyyətdə ev sahibi tərəfindən və digər 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır