Modern.az

Obamanın prezidentlikdən sonrakı ilk günü

Obamanın prezidentlikdən sonrakı ilk günü

22 Yanvar 2017, 15:26

Yanvarın 20-də səlahiyyət müddəti başa çatan ABŞ-ın 44-cü prezidenti Barak Obama sıravi vətəndaş kimi ilk günündə qolf meydançasına yollanıb.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Obama səhər həyat yoldaşı Mişel ilə Kaliforniya ştatında qaldıqları yerin yaxınlığındalı idman klubuna gəlib.

 

Eks-prezident qolf oynamaq üçün dünya səviyyəli 18 oyuqlu və ştatda ən yaxşılarından biri hesab olunan PorcupineCreekGolfClubu seçib.

Bu müddətdə keçmiş dövlət başçısının yaxınlığında təhlükəsizlik xidmətinin bir neçə əməkdaşı olub.

Qolf meydançanın sahibi Oracle korporasiyasının rəhbəri milyarder Larri Ellisondur. Klubun üzvü olmaq üçün dəvət vacibdir.

Obamanın bu klubda artıq iki dəfə qolf oynadığını görənlər olub.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir