Modern.az

Azərbaycan əsili futbolçunun ailəsində QALMAQAL

Azərbaycan əsili futbolçunun ailəsində QALMAQAL

22 Yanvar 2017, 17:29

Kiyev “Dinamo”sunun və Ukrayna millisinin keçmiş yarımmüdafiəçisi Aleksandr Əliyev tarixə biabırçı ailə qalmaqalı ilə düşə bilər.

 

Modern.az Ukrayna mediasına istinadən bildirir ki, onun keçmiş arvadı Tatyana (cütlük 2016-cı ilin sonunda boşanıb) Aleksandr tez-tez onu döyür və təhqir edir.

 

Keçmiş ərlə-arvad iki birgə və böyük uşaqları Tatyana ilə bir mənzildə yaşayırlar. TSN-nin çəkiliş qrupu axşam saat 8-də Əliyevi uşaqlar üçün olan otaqda dostu ilə birgə yatan yerdə görüb, döşəmədə isə boş pivə şüşələri olub.

 

“Onun məni belə aşağılamaq, uşaqlarımın yanında döymək  haqqı yoxdur. Mən bu gün həqiqətən sosial xidmətə müraciət edib yardım istəmişəm. Ona görə ki, kiçik oğlum kimi qızımın da isterikası var. O deyir ki, mən pis anayam. O, daima məni onların yanında alçaldır. O, deyir: “Sizin ananız fahişədir”.

 

Mənim qabırğalarım əzilib, ayaqlarımda göyərtilər var. O, təpikləyir, əli ilə döyür, yumruqla vurur. O, sadəcə, nə etdiyini təsəvvür etmir”, - Əliyevin keçmiş arvadı söyləyir.

“Siz indi inandınıız, onun içkiyə necə meylli olduğunu gördünüz? Onun nə qədər içki qəbul etdiyini yoxlayın. Sonra soruşun ki, mən onu vurmuşam? O, düşünür ki, əgər mənim uşaqlarımın anasıdırsa, ona hər şeyə icazə verilib. Belə deyil. Mən onu vurmuşam? Yox. Əvvəl biz ər-arvad olanda – bəli, ona əl qaldırmışam, o zaman içirdi. Göyərtilər? Bilmirəm, o harada gəzir. Ola bilər ki, haradasa yıxılır, ola bilsin ki, masaj edir, mən bilmirəm. Ola bilsin ki, onu haradasa, kimsə döyüb”, - Əliyev söylənilənlərə belə reaksiya verib.

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi