Modern.az

ABŞ tarixinin ən qoca prezidenti

ABŞ tarixinin ən qoca prezidenti

Aktual

22 Yanvar 2017, 17:49

Tramp həm də son 60 ildə Ağ evə siyasətdən gəlməyən ilk ABŞ vətəndaşıdır

 

2016-cı il noyabrın 8-də gözlənilmədən seçkilərdə qalib gələn 70 yaşlı Donald Tramp yanvarın 20-də Konqresdə and içməklə ABŞ tarixində ən yaşlı prezident oldu.

Modern.az xəbər verir ki, Tramp həm də son 60 ildə Ağ evə siyasətdən gəlməyən ilk ABŞ vətəndaşıdır.

2016-cı ilin fevral ayının 1-də rəsmən prezidentlik uğrunda yarışa qoşulan milyarder Trampın əsas vədi amerikalıların orta təbəqəsininhəyat tərzinin yaxşılaşdırılması olub.

Onun “Amerikanı yenidən böyük edəcəyik!” şüarı sıravı amerikalılar arasında dəstəklənib.

Donald Trampın ulu babaları Almaniyadandır, onun varidatı isə 3,6 milyard dollar dəyərləndirilir.

Donald Trampın həyat yoldaşı – 46 yaşlı sloveniyalı Melanya Trampla milyarder 2005-ci ildə nikaha girib.

ABŞ prezidentinin 3 nikahdan 3 oğlu və iki qızı var.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır