Modern.az

Amerikalı siyasətçilərin seks qalmaqalları

Amerikalı siyasətçilərin seks qalmaqalları

22 Yanvar 2017, 18:24

ABŞ-ın yeni prezidenti Donald Tramp dəfələrlə seksual kələkbazlıqda gunahlandırılıb.

 

Budur, indi o populyarlığın pik nöqtəsindədir, qızların çoxu, onların sözlərinə görə, illər öncə rastlaşdıqları qanqaraldıcı hadisələr barədə danışmaq  qərarına gəliblər.

Modern.az xəbər verir ki, indi məhkəmə həmin şikayətlərdən birinə baxır, Tramp təkidlə bu ittihamı rədd edir.

Bu işin necə başa çatacağı hələ ki aydın deyil.

Ona görə digər amerikalı siyasətçilərin buna bənzər münaqişlərinin necə sonuclandığını təqdim edirik.

 

Ah, bu Monika

 

ABŞ-ın yüksək siyasi dairəsindəki ən səs-küylü seks qalmaqalı Bill Klinton və Monika Levinski ilə bağlı olub.

Ağ evin gənc əməkdaşı 1997-ci ildə iş yerində bir neçə seksual münasibətdə ifşa edilib.

Bu qalmqaldan sonra Levinskinin, onun rəfiqəsinin dindirilməsi ilə genişmiqyaslı araşdırma başladılıb. Araşdırmanın hər məqamı və son dərəcə prinsipial təfərrüatlar faktiki bütün KİV-lərdə yayılıb.

 

Azyaşlılara qarşı əxlaq pozğunluğu

 

Amerika siyasətçiləri arasında seksual xarakterli ən iyrənc işlərdən biri ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Dennis Xastertlə ilə bağlıdır.

 

2016-cı ilin aprelində prokurorluqdan onun ünvanına  qurbanlarının özlərinin ifadələrinin əlavə olunan iş gəlib. Onların sözlərinə görə, seksual hərəkətlər Xastert məktəbdə məşqçi olan dövrdə baş verib.

Zərərçəkənlərin şəxsiyyıtləri açıqlanmayıb, ancaq məlumdur ki, onlardan 3-ü kişi cinsindən olan məktəblilər olub.

 

Siyasətçi barəsində “Yetkinlik yaşına çatmayanların yoldan çıxarılması” maddəsi ilə cinayət işi açılaraq ev dustaqlığına göndərilib.

 

Bir mer və 18 qadın

 

2013-cü ilin avqust ayında San-Dieqonun meri Boba Filneri 18 qadına qarşı seksual xarakterli hərəkətlərinə görə günahlandıraraq istefaya göndəriblər.

 

Filner özü onların söylədiklərini təkzib edərək öz hərəkətlərini belə izah edib: “Sadəcə, kollektivdə münasibətləri  qurmaq istəyirdim”.

 

Karyeranı məhv edən qadınlar

 

2011-ci ildə senator postu uğrunda seçkiqabağı yarış zamanı ultra mühafizəkar və respublikaçılar arasında praymerizin lideri Xerman Keyn fiaskoya uğrayıb. İş burasındadır ki, müxtəlif qadınlardan onun ünvanına seksual kələkbazlıqla bağlı ittihamlar səpələnib.

 

Onlardan birinin Xermanın 13 ildir sevgilisi olmasını bəyan etməsi isə odun üstünə bir az da yanacaq tökmək kimi olub.

 

Keynin reytinqi sürətlə düşməyə başlayıb və sonrakı mübarizədən imtina etmək məcburiyyətində qalıb.

 

Məhəbbətlə dolu Klinton

 

2003-cü ildə, üstündən 25 il ötəndən sonra Bill Klintonla bağlı qalmaqal yenidən ortaya çıxıb. Onu əvvəl birlikdə işlədiyi Cuanitu Broddriki zorlamaqda günahlandırıblar.

 

Həmin qalmaqalla bağlı denver radiostansiyanın efirində keçmiş prezidentin guya zorlamasından sonra qıza qulluq edən tibb bacısı danışıb.

 

Siyasətçinin həyat yoldaşı Hillari Klintonun memuarları çap olunan kimi Broddrik özü də zorlandığını etiraf edəndən sonra müsahibə bütün Amerikada yayılıb.

 

Maraqlısı odur ki, Broddrik 1994-cü ildə Arkanzasın qubernatoru olan Klintonu Paul Cosa qarşı seksual hərəkətlərinə görə açılan iş üzrə ifadə verib. O, o zaman zorlanma faktını inkar edib, lakin illər ötəndən sonra fikrini dəyişib. Ola bilsin ona görə ki, Klinton 1980-ci ildə həmin qızın atasını öldürəni həbsxanadan vaxtından əvvəl azad etdiyinə görə fikrini dəyişib.

 

Prezidentin seks köləsi

 

ABŞ-ın yüksək siyasi dairələrindəki seksual qalmaqallar barədə ilk prezidentlərin də dövründə müxtəlif faktlar ortaya çıxıb.

 

ABŞ-ın üçüncü dövlət başçısı Tomas Cefferson dul olub və Salli Hemminqsi sevgilisi kimi kölə olaraq saxlayıb.

 

Bu haqda ictimaiyyətə prezidentdən xoşu gəlməyən birisi məlumat verib. Ancaq qalmaqal çox əhatəli kütləvi informasiya vasitələri olmadığı səbəbindən geniş yayılmayıb.

 

Ayaqyolunda ilişib

 

ABŞ Senatının ən ciddi moralistlərindən biri Larri Kreyq bütün postlarında istefaya onu tanımadığı kişiyə qarşı seksual hərəkətlərdə günahlandırlandan sonra gedib.

 

Qalmaqal mediada onun Minneapolis hava limanının ayaq yolundan birində tutulması haqda məlumat yayılandan sonra qızışıb.

 

Əvvəllər məhz Kreyq Billi Klintonu Monika Levinski ilə qalmqala görə impiçment elan olunmasına və eynicinslilərin nikahının qadağan olunmasına təkid edirdi.

 

Əyyaş və əxlaqsız

 

ABŞ-ın keçmiş konqresmeni Marka Foli 16 yaşlı oğlana qarşı seksual hərəkətlərə görə günahlandırılıb.  O, təkcə oğlana ədəbsiz məzmunlu məktublar yollamayıb, həm də xüsusilə gecələr görüşməyi təklif edib.

 

Bu informasiyadan ictimaiyyətin xəbəri olanda Foli günahını boynuna alıb, tutduğu postu tərk edib və əyyaşlıqdan müalicə olunmağa gedib.

 

O, sonradan hamının eşidəcəyi formada etiraf edib ki, homoseksualdır. Tolerant cəmiyyət bu jestini qəbul edərək siyasətçini bağışlayıb. Folinin bu etirafından sonra karyerasında da yüksəliş baş verib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir