Modern.az

Türkiyə 15 ölkədən Gülən tərəfdarlarının verilməsini tələb edir

Türkiyə 15 ölkədən Gülən tərəfdarlarının verilməsini tələb edir

22 Yanvar 2017, 20:02

Türkiyənin məhkəmə instansiyaları dünyanın 15 ölkəsinin ədliyyə nazirliklərinə FETÖ-nun 24 funksionerinin ekstradasiyası ilə bağlı müraciət edəcək. Modern.az Türkiyə mediasına istinadən bildirir ki, bu ölkələr arasında ABŞ, Böyük Britaniya, İsrail, Almaniya, Misir, Türkmənistan, Qırğızıstan və Qazaxstan da var.

Söhbət ilk növbədə FETÖ-nun fəaliyyətini Sibir üzrə koordinasiya edən imam Sadettin Başer və “Asiya regionunun imamı” Muammer Türkyılmazdan (hazırda Türkmənistandadır) gedir.

Ankara Astanadan isə “Balkan regionunun imamı” Osman Karakuşu tələb edir.

2016-cı il iyulun 15-dən 16-na keçən gecə Türkiyə Silahlı Qüvvələrindəki Fəthullah Gülənin tərəfdarları dövlət çevrilişinə cəhd ediblər. Bu zaman 240-dan çıx adam həlak olub.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı