Modern.az

Yəməndəki toqquşmalarda 60-dan çox insan həlak olub

Yəməndəki toqquşmalarda 60-dan çox insan həlak olub

22 Yanvar 2017, 20:14

Yəmənin qərbində husilərlə hərbçilər arasında son sutka ərzində baş vermiş silahlı toqquşmalarda 60-dan çox insan həlak olub. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, qarşıdurmalar ölkənin qərbində qeydə alınıb.

Məlumatda bildirilir ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının Moha şəhərinə endirdiyi hava zərbələri nəticəsində 66 nəfər həlak olub.

Bununla yanaşı, husilər və onların müttəfiqləri, eks prezident Əli Abdulla Salehinin tərəfdarları arasında ölənlərin sayı 52 nəfərə çatıb.

Silahlı toqquşmalara havadan da dəstək verilib. Toqqquşmalar zamanı iqtidaryönlü qoşunlar da itki verib: - 14 ölü.

Qeyd edək ki, Yəməndə silahlı toqquşmalar 2014-cü ildən davam edir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir