Modern.az

Acınacaqlı şəraitdə yaşayan azyaşlılar - VİDEO

Acınacaqlı şəraitdə yaşayan azyaşlılar - VİDEO

22 Yanvar 2017, 20:57

Biləcəri qəsəbəsində yerləşən, keçmiş “Çeşidləmə” idarəsi adlanan ərazidə 100-ə yaxın məcburi köçkün ailəsi məskunlaşıb. 20 ildən artıqdır ki, uçuq-sökük daxmalarda yaşayanların gün-güzaranını sözlə ifadə etmək belə, çətindir: Şəraitsizlik, antisanitariya, kommunal problemlər, yoxsulluq, işsizlik...

Modern.az saytı xəbər verir ki, musavat.com-un məlumatına görə, ərazi Biləcəri deposunun yaxınlığında yerləşdiyi üçün qatarın taqqıltısından qulaq tutulur. Yaşayış evləri iki dəmiryol xəttinin əhatəsində yerləşdiyindən vəziyyət biraz da çətinləşir. Buradan yük və sərnişin qatarları hərəkət edir. Azyaşlı uşaqlar üçün olduqca təhlükəli ərazi hesab olunur.

 

18 ildir ki, bu ərazidə məskunlaşan, Ağdam rayonundan olan məcburi köçkün Asif İmanov düşdükləri acınacaqlı durumdan danışdı: “1999-cu ildən bu zülmdəyik. Öz gücümüzə bu ərazidə daxma tikib yaşayırıq, əgər buna yaşamaq demək olarsa... Yağış yağanda içəri su damır. Evlərin üstünü nə qədər təmizləsək də xeyiri olmur. Maddi cəhətdən də dolanışığımız zəifdir. Bizim əsas problemimiz işsizlikdir. 30-35 yaşlı cavanlarımız iş tapmırlar. Hamısı da ailəlidir. Hökümət bizə 20 manat çörəkpulu verir. Təsəvvür edin ki, bununla necə dolanmaq olar. Bir müəssisə yoxdur ki, gedib, işləyək. Mənim peşəm baytarlıqdır, ancaq iş tapa bilmirəm. 4-5 ildir ki, işlə bağlı Məşğulluq İdarəsinə sənədlərimi vermişəm, hələ bir xəbər yoxdur”.   

 

Acınacaqlı şərait azyaşlı uşaqları da dilə gətirib. Lalə adlı məktəbli qız mətbəxlərindəki şəraitsizliyi göstərib, etirazını bildirdi: “Baxın, divarlar da çatlayıb, hər tərəf uçub...”

 

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir