Modern.az

ABŞ-da qasırğada ölənlərin sayı 15 nəfərə çatıb

ABŞ-da qasırğada ölənlərin sayı 15 nəfərə çatıb

22 Yanvar 2017, 21:13

ABŞ-da baş qasırğa zamanı həyatını itirənlərin sayı artıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, yanvarın 21-dən tüğyan edən qasırğa nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb. Corciya ştatında qasırğa qurbanlarının sayı 11 nəfərə çatıb, 23 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Təbii fəlakət ilə əlaqədar Missisipi ştatında fövqəladə vəziyyət elan edilib. Missisipi ştatının qubernatoru Fil Brayant qasırğa nəticəsində 50 nəfərin xəsarət aldığını bildirib.

Məlumata görə, təbii fəlakət, həmçinin, Luiziana, Alabama və Texas ştatlarında fəsadlar törədib.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?