Modern.az

Sərxoş piyada yol qəzasının qurbanı olub

Sərxoş piyada yol qəzasının qurbanı olub

Aktual

22 Yanvar 2017, 21:25

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, hadisə yanvarın 22-i axşam saat 19 radələrində rayonun Əliabad qəsəbəsi ərazisində baş verib.

 

Əliabad qəsəbə sakini, Samiq Mahma oğlu Muradov idarə etdiyi “VAZ 21074” markalı avtomobillə hərəkətdə olarkən yolu sərxoş halda keçmək istəyən piyada 1955-ci il təvəllüdlü Ramiz Ağabala oğlu Ağaməmmədovu vurub. R. Ağaməmmədov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

 

Faktla bağlı Zaqatala rayon polis Şöbəsində araşdırma aparılır.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?