Modern.az

“Mən artıq “Lider” telekanalında işləmirəm” - Anar Həsənov - VİDEO

“Mən artıq “Lider” telekanalında işləmirəm” - Anar Həsənov - VİDEO

22 Yanvar 2017, 22:08

Rusiyanın Xarici işlər naziri Sergey Lavrova verdiyi suala görə işdən çıxarılan "Lider" TV-nin Rusiya müxbiri Anar Həsənov açıqlama verib. Modern.az saytı xəbər verir ki, “Azadlıq radiosu”na işdən çıxarıldığını təsdiqləyən jurnalist bu mövzuda ətraflı danışmaq istəməyib.

"Bəli, mən artıq “Lider” telekanalında işləmirəm. Başqa heç bir açıqlama vermək istəmirəm",- deyə Anar Həsənov bildirib.

 

Qeyd edək ki, A. Həsənovun Lavrova ünvanladığı sual aşağıdakı kimi olub: "Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi təqdirdə Moskva necə hərəkət edəcək: buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?”.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir