Modern.az

Suriya böhranı üzrə danışıqlar yekunlaşıb

Suriya böhranı üzrə danışıqlar yekunlaşıb

22 Yanvar 2017, 22:19

Qazaxıstanın paytaxtında Suriya böhranı üzrə danışıqlar yekunlaşıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Astanada Rusiya, İran və Türkiyə nümayəndə heyətlərinin məsləhətləşmələr üçün bir araya gəlib. Altı saata yaxın davam edən görüşdə Rusiya prezidentinin Suriya üzrə xüsusi elçisi Aleksandr Lavrentyev, İran xarici işlər nazirinin müavini Hüseyn Ənsari və Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal iştirak edib.

 

Qeyd edək ki, Suriya nizamlanması üzrə beynəlxalq görüş Astanada yanvarın 23-də başlayacaq.  İran, Türkiyə və Rusiya nümayəndə heyətləri artıq Astanada səfərdədir. BMT-nin xüsusi elçisi Staffan de Mistura da Suriya üzrə danışıqlarda iştirak etmək üçün Astanaya gedib.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir