Modern.az

Hakim partiyanın binasını atəşə tutan şəxs məhv edilib

Hakim partiyanın binasını atəşə tutan şəxs məhv edilib

22 Yanvar 2017, 22:44

İstanbul Polis İdarəsi və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul təşkilatının binasını qumbaraatandan atəşə tutan terrorçu zərərsizləşdirilib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, DHKP/C terror təşkilatının üzvü olan Bilgehan Karpat xüsusi əməliyyat nəticəsində Təkirdağda məhv edilib.

 

Məlumata görə, terrorçu saxlanılan zaman müqavimət göstərib və atışma zamanı məhv edilib. B.Karpat Türkiyə Daxili İşlər Nazirliyinin təhlükəli terrorçular siyahısında yer alıb və başına 300 min lirə mükafat qoyulub.

 

Qeyd edək ki, bu gün polis İdarəsi və Ədalət və İnkişaf Partiyasının İstanbul təşkilatının binasını qumbaraatandan atəşə tutmaqda şübhəli bilinən DHKP/C terror təşkilatının digər üzvü  Şerif Turunc saxlanılıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir