Modern.az

Azərbaycanlı gəncdən ixtira - VİDEO

Azərbaycanlı gəncdən ixtira - VİDEO

22 Yanvar 2017, 22:59

Balaca bir çamadan boyda olan cihazla bütün evi elektriklə təmin etmək mümkündür. Modern.az saytı xəbər verir ki, “Xəzər xəbər”in məlumatına görə, azərbaycanlı gənc ixtiraçı maqnitin köməyi ilə uzun müddət fasiləsiz enerji verən bir ixtira edib. Özü də iddia edir ki, bunun dünyada alternativi yoxdur.

 

25 yaşlı Valeh Arifzadə alternativ enerji ilə işləyən bir qurğu hazırlayıb.Onun ixtirasını indiyə qədər istifadə olunan diger alternativ enerji resurslarından fərqləndirən əsas cəhət isə heç bir mənbədən asılı olmadan işləməsidir.

 

Qurğunun unikal olması və yalnız birdəfəlik xərc tələb etməsi Valeh Arifzadəyə ixtirasına görə bir neçə yarışmada birincilik də qazandırıb.

 

Yığcam və istifadəsi çox rahat olan qurğunun əsas iş prinsipi içərisindəki maqnit impulsları hesabına daimi dövr edən elektrik enerjisi istehsal etməkdir.

 

Cihazın ərasəyə gəlməsi üçünsə, təxminən, 250 manat tələb olunur.

 

Artıq qurğunun patenti üçün işlər görən gənc ixtiraçı cihazını daha da təkmilləşdirmək üçün özəl şirkətlərlə danışıqlar aparır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir