Modern.az

Qar Şamaxı yolunda problem yaradıb

Qar Şamaxı yolunda problem yaradıb

Aktual

22 Yanvar 2017, 23:13

Bu gün axşam saatlarından Şamaxı rayonuna yagan qar səbəbindən magistral yolda avtomobillərin hərəkətində problemlər yaranıb. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, Bakı-Şamaxı-Yevlax magistral yolunun Şamaxı rayonunun Muğanlı və Şərədil kəndlərindən keçən hissəsində hərəkət edən nəqliyyat vasitələri maneələrlə üzləşiblər.

Ərazidəki avtomobil yolunun enişli-yoxuşlu olması bəzi nəqliyyat vasitələrinin yolda qalmasına səbəb olub. Əraziyə "Azəravtoyol" ASC-nin Şamaxı və Ağsu rayon idarələrinin qartəmizləyən texnikaları cəlb edilib və yolların qardan təmizlənməsinə başlanılıb.

Hazırda avtomobillərin hərəkəti qismən bərpa olunub.

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür