Meksikanın Mansanilyo şəhərində (Kolima ştatı) avtomobildə başı kəsilmiş 6 kişi və 1 qadın meyiti tapılıb. Modern.az saytı xəbər verir ki, qətlə yetirilən şəxslərin meyitlərin qaçırılmış taksidə aşkarlanıb.
İlkin ehtimala görə, insidentə səbəb narkotik maddələrin satışı və tranziti ilə məşğul olan qruplar arasında baş verən münaqişə olub.
Qeyd edək ki, ötən həftə Çilpansinqo şəhərində də avtomobildə başı kəsilmiş 6 nəfərin meyiti tapılıb.
Modern.az