Modern.az

Tovuzda pul oğrusu tutulub

Tovuzda pul oğrusu tutulub

Aktual

22 Yanvar 2017, 23:44

Tovuzda evdən oğurluq edən şəxs saxlanılıb. Modern.az saytı xəbər verir ki, “Xəzər xəbər”in məlumatına görə, Vahidli kənd sakini Nüsrət Abdullayev polisə müraciət edərək yaşadığı evdən 1100 manat pul oğurlandığını bildirib. Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törədən şəxsin rayonun Abulbəyli kənd sakini, Vahidli kəndində kirayədə yaşayan 32 yaşlı Zakir Aşırov olduğu müəyyən edilib. O, tutularaq istintaqa təhvil verilib.  

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir