Modern.az

Qarabağ əlili Yaşar Məhərrəmov torpağa tapşırılıb

Qarabağ əlili Yaşar Məhərrəmov torpağa tapşırılıb

Aktual

22 Yanvar 2017, 23:58

Dünən vəfat edən Qarabağ əlili Yaşar Məhərrəmov bu gün torpağa tapşırılıb. O, Pirşağı qəsəbəsindəki Şuşa qəbiristanlığında dəfn edilib. Modern.az saytı xəbər verir ki, qaziler.az saytının məlumatına görə, Y. Məhərrəmov dostları ilə kafedə çay içərkən qəflətən ürəyindən kəskin ağrılar başlayıb. Son sözləri isə “deyəsən, mən Şuşanı görməyəcəm!” olub. Və dünyasını dəyişib!

 

O, Şuşa Veteranlar Cəmiyyətinin sədri idi. Mərhum 3 uşaq atası idi.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub