Modern.az

İmişlidə binada yanğın: 2 nəfər təxliyə olundu

İmişlidə binada yanğın: 2 nəfər təxliyə olundu

23 Yanvar 2017, 09:20

İmişli şəhərində yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, İmişli şəhərində 6 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m2 sahədə yanıb.

Yanğın zamanı iki nəfər yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 08:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!