Modern.az

Tramp Netanyahunu Vaşinqtona dəvət etdi

Tramp Netanyahunu Vaşinqtona dəvət etdi

Dünya

23 Yanvar 2017, 09:39

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahunu Vaşinqtona dəvət edib.

Modern.az saytının xarici KİV-ə istinadən məlumatına görə, Tramp  Netanyahu ilə telefon danışığı zamanı bu dəvəti edib.

 

Liderlər Trampın inauqurasiyasından sonra telefonla danışıblar.

 

Onlar Fələstin münaqişəsinin sülh yolu ilə həlli barədə müzakirə aparıblar. Bununla yanaşı, İranın yarada biləcəyi təhlükələrdən də söz açılıb.

 

İsrail baş nazirinin mətbuat xidmətinin məlumatına görə, Tramp Netanyahunu fevral ayında Vaşinqtona səfərə dəvət edib. Lakin, səfərin dəqiq tarixi hələ bilinmir.

 

Qeyd edək ki, Barak Obamanın prezidentliyi dövründə İranın nüvə proqramına dair əldə olunan razılaşmaya görə, ABŞ-la İsrail arasındakı münasibətlər soyuyub.

 

Aqşin Kərimov 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!