Modern.az

“Dolların ucuzlaşmasına ümid etmək sadəlövhlükdür”

“Dolların ucuzlaşmasına ümid etmək sadəlövhlükdür”

23 Yanvar 2017, 08:52

Prezident Tramp artıq 3 gündür Ağ Evdədir. ABŞ-da Tramp dövrünün başlaması dünya iqtisadiyyatına nə vəd edir? Bizim ölkəmiz üçün təbii ki, neftin və dolların dünya bazarındakı qiymətinin necə dəyişəcəyi daha maraqlıdır.

Modern.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov bu suallara qısa solaraq belə cavablandırıb:


Dollar ucuzlaşacaq?..

“Dolların aparıcı valyutalara, xüsusən də avroya qarışı məzənnəsində psixoloji səbəbələrdən müəyyən enişlər mümkün görünsə də, ABŞ pulunun kəskin ucuzlaşması gündəmdə deyil. Trampın “Amerika məhsulları ABŞ-da istehsal olunsun” şüarının reallaşacağı da inandırıcı görünmür. Transmilli şirkətlər ucuz işçi qüvvəsinə malik olan ölkələrdən istehsallarını bahalı Amerikaya daşıyacağı heç ağlabatan deyil. Bu isə o deməkdir ki, dünya bazarında dolların dəyərsizləşməsinə ümid etmək sadəlövhlük olardı”.

Vaşinqton Tramp üçün deyil, Tramp Vaşinqton üçün işləyəcək

V.Bayramov qeyd edib ki, neftin dünya bazarındakı qiymətini proqnozlaşdırmaq çətin olsa da, Trampın mühafizikar siyasəti “qara qızılın” qiymətində kəskin artımlara imkan verməycək:

“Tramp seçkiqabağı kampaniyada neft idxalı ilə bağlı vədlərinə sadiq qalarsa, o zaman hətta neftin dünya bazar qiymətində kəskin enişlər də mümkündür.

Bütövlükdə, okeanın digər tərəfindəki reallıqları nəzərə alsaq, ABŞ-ın yeni prezidentinin daxili və xarici iqtisadi siyasətdə ciddi dəyişikliklər edəcəyi inandırıcı deyil. Bununla belə, güman edilir ki, ABŞ-ın xarici iqtisadi siyasətində potensial dəyişikliklər Çin və Latın Amerikası ölkələri ilə bağlı ola bilər. Beləcə, Vaşinqton Tramp üçün deyil, Tramp Vaşinqton üçün işləyəcək”.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər