Modern.az

Nazir qaranlıqda qaldı

Nazir qaranlıqda qaldı

Mədəni̇yyət

23 Yanvar 2017, 10:36

Ötən gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının “Almaz” tamaşasının premyerası keçirilib.


Premyerada böyük ədibin yadigarı - qızı Gülarə Cabbarlı, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri, teatr ictimaiyyəti iştirak edib.
 

Yeni səhnə əsərinin müəllifi xalq artisti, Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri Azər Paşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı xalq artisti Siyavuş Kərimidir.

 

Tamaşada Almaz rolunda əməkdar artist Məsmə Aslanqızı çıxış edib.

 

Modern.az-ın məlumatına görə, tamaşanın gedişində gözlənilmədən teatrda işıqlar sönüb. Bu üzdən də qısa fasilə yaranıb. Bir neçə dəqiqəlik fasilədən sonra teatra elektrik enerjisinin bərpası mümkün olub və tamaşa davam etdirilib.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!