Modern.az

Türkiyədə başqanlıq sistemi - Siyasi araşdırmaçılar nə deyir?

Türkiyədə başqanlıq sistemi - Siyasi araşdırmaçılar nə deyir?

23 Yanvar 2017, 10:56

Türkiyədə 7 iyun seçkilərinin yaxınlaşmasıyla birlikdə başqanlıq sistemi müzakirələri də sürətlənib. Seçkiyə gedərkən ilk dəfə bir partiya, iqtisadi vədlər yerinə yeni bir sistem təklif edir. Yeni bir Konstitusiya... Başqanlıq sistemi seçki meydanlarına çıxır. Bu sistemlə baglı fikirlər müxtəlifdi. Türkiyə siyasətini qarışdıran müzakirələr getdikcə böyüyür və suallar ortaya çıxır. Başqanlıq sistemi diktatorluq gətirərmi? ABŞ-da tətbiq olunan bir sistem təklif edilir, yoxsa Türkiyəyə uyğun bir model?


Siyasət elmi professoru Haluk Alkan Modern.az-a müsahibəsində məsələyə aydınıq gətirdi.

“Bizim bu gün prezident sistemini müzakirə etməmizin səbəbi var. 2007-ci ildə Konstitusiyaya edilən dəyişikliklər, sistemin prezident üzərində qurduğu modeli alt-üst etdi. Təməl problem, 1982-ci il Konstitusiyası qanunlara söykənən iki icra qurumu arasındakı əlaqələri təşkil edən kafi bir sənəd deyil. Konstitusiyada son dərəcə anlaşılmaz, boşluqlar var. Bu hər an müzakrəyə zəmin yaradacaq zəif bir Konstutitsiyadı. Bu səbəbdən bizim 1982-ci il Anayasasıyla belə bir sistemi idarə erməmiz mümkün deyil. Başqanlıq sistemi əsla diktatorluk gətirməz. Bu yanlış düşüncədir”.


Siyasi elmlər profosoru Osman Can isə bildirir ki, hazırda prezidentin səlahiyyətləri çox, məsuliyyəti isə yoxdur.


“Konstitusiyanın 105-ci maddəsində “prezident sorumsuzdur”, deyə yazılır. Amma bir çox səlahiyyəti vardır. Başqanləq sisteminin ən əhəmiyyətli xüsusiyyəti səlahiyyət var, məsuliyyət də var. Səlahiyyəti olub ,məsuliyyəti olmayan bir prezident indi olmasa belə, istədiyi zaman səlahiyyətlərini istifadə edər və sistemi çıxmaza soxa bilər. Xüsusilə fərqli partiyalardan ibarət Məclis əksəriyyəti ilə prezidentin eyni dövrə bərabər gəlməsi, ikibaşlı sistemin problemlerini ortaya çıxaracaq”.


Prof. Osman Canın fikrinə görə, başqanlıq sistemi dedikdə ağla gələn ilk şey qanunvericilik, icra və məhkəmə orqanları arasındakı kəskin bir ayrı-seçkilikdi.


“Qüvvələr ayrılığı prinsipini sərt bir şəkildə tətbiq etməklə qalmaz, qüvvələri bir-birinə nəzarət etdirər. İcra-xalq tərəfindən seçilmiş prezidentin, qanunvericilik isə yenə xalq tərəfindən seçilən millət vəkillərinindi. Bu tərif ümumi bir tərif olsa belə, bir çox ölkədə fərqli şəkillərdə tətbiq olunmaqdadır. Hər kəs tərəfindən qəbul edilən ən müvəffəqiyyətli nümunə isə ABŞ sistemidir. Əslində bir çox mütəxəssis başqanlıq sistemi deyincə, ABŞ sistemini düşünür. Çünki başqanlıq sisteminin ilk yaradıcısı ABŞ-dır”.


Araşdırmaçı Adil Gur isə başqanlıq sisteminin olmasını vacib sayır. Onun sözlərinə görə, təklif Məclisdən keçib referenduma getdiyi təqdirdə vətəndaşdan dəstək alacaq.

“İki səbəbdən ötəri vətəndaşın dəstəyi böyük olacaq. Bunlardan birincisi, 15 iyulda cümhurbaşkanı Rəcəb Tayyib Ərdogana olan güvən. İkincisi, 15 iyul sonrası ortaya çıxan cədvəldə terrorla mübarizədə daha təsirli və sürətli bir qərar alına biləcəyi düşüncəsidi”.


Adil Gur, apardıgı araşdırmalarda 15 iyul sonrası sistem dəyişikliyinə “hə” deyənlərin nisbətində ciddi bir artım olduğunu vurğulayır. O hesab edir ki, Məclisdəki səsvermədə və referendumda bir sürpriz olmayacaq.


“Ölkə tarixində olan bütün referandumlarda həmişə vətəndaş “hə” deyib. Unutmayaq ki rəhmətlik Turqut Özal “yox” kampaniyası apardıgı halda qutulardan hə” çıxmışdı. O səbəblə indidən xeyirli olsun deyirəm. Onsuz da faktiki olaraq sistem dəyişikliyi reallaşıb. Referendumda sadəcə hüquqi qiymətini alacaq”.

 


Məhsəti Şərif

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir