Modern.az

BP-nin vitse-prezidenti BANM-da

BP-nin vitse-prezidenti BANM-da

23 Yanvar 2017, 11:16

Bakı Ali Neft Məktəbində (BANM) BP-nin illik silsilə təqdimatları 2017-ci ilin yanvar ayından “BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə həyata keçirdiyi əməliyyatlara ümumi baxış” mövzusunda məruzə ilə başlandı. Təqdimatı BANM-ın Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri üçün Azərbaycanda BP şirkətinin hasilat üzrə vitse prezidenti Elxan Məmmədov keçirib.

 

O, öz təqdimatında Azərbaycan, Gürcüstan və Türkiyə regionunda BP şirkəti tərəfindən geniş miqyaslı və dünya səviyyəli layihələrin həyata keçirilməsi haqqında ətraflı məlumat verdi. Son 20 ildə Azəri, Çıraq, Günəşli, Şahdəniz yataqlarında neftin və qazın hasilatı və nəqli üzrə həyata keçirilmiş layihələrin nəticələri haqqında tələbələri ətraflı məlumatlandırdı. Şəfəq-Asiman yataqlarının işlənməsi üzrə perspektivləri açıqladı. TAP və TANAP layihələri çərçivəsində həyata keçirilən tədbirlərin Azərbaycan qazının Avropa bazarına çıxarılmasında rolundan danışdı.

 

Məruzənin sonunda Elxan Məmmədov tələbələrin çoxsaylı suallarına cavab verdi.


Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir