26 fevral 2017, Bazar
Ana Səhifə - QARABAĞ - “The Washington Times”: Tramp Qarabağ məsələsini həll edib Nobel ala bilər  
“The Washington Times”: Tramp Qarabağ məsələsini həll edib Nobel ala bilər  
23.01.2017, 11:35

«The Washington Times» qəzeti yazır ki, ABŞ prezidenti Donald Tramp istəsə, Qarabağ məsələsini həll edib Nobel mükafatını qazana bilər. Məqalədə münaqişənin həlli yolları da təklif edilir.

 

Yazının müəllifi hökumətlərə yardımı özünün əsas prinsiplərindən biri elan edən «Caspian Group Holdings» şirkətlər qrupunun prezidenti, əvvəllər ABŞ-ın Corctaun Universitetinin professoru olmuş Söhrab Rob Sübhanidir. (Azadlıq radiosu)

 

Azərbaycan ərazisinin 20%-nin işğal olunduğunu, 1 milyonadək adamın didərgin düşdüyünü xatırladan S.R.Sübhaninin fikrincə, Qarabağ münaqişəsinin həlli həm D.Tramp, həm də onun təhlükəsizlik komandasından ötrü vacibdir. Onun sözlərinə görə, Trampın Qarabağa yanaşması Rusiya prezidenti Vladimir Putinin Birləşmiş Ştatlarla müttəfiqliyə, ya da qaynar nöqtələri idarə etməklə strateji üstünlüyünü əldə saxlamağa önəm verib-vermədiyini bəlli edər.

 

PUTİNİN MƏQSƏDİ

 

Müəllif Qarabağ münaqişəsinin açarının Rusiyanın əlində olduğunu deyir və bunu Rusiyanın Ermənistanda malik olduğu çox böyük idarə vasitələriylə izah edir, Moskvanın Ermənistanı regionda əsas gəmisi hesab etdiyini yazır: «Azərbaycan və Ermənistanı «donmuş münaqişə» vəziyyətində saxlamaq V.Putinin Azərbaycanın Avropaya təbii qaz ixracını şəxsən önləmək məqsədinə xidmət edir… ABŞ-ın etibarlı müttəfiqi Azərbaycanla, Rusiyanın müttəfiqi Ermənistan arasında təcili sülh müqaviləsində israr edərsə, prezident D.Trump V.Putin-in sülhpərvər, yoxsa bütün dünyada sabitliyi pozan qüvvə olduğunu çox tezliklə müəyyənləşdirə bilər».

 

Birləşmiş Ştatlar və Rusiya, eləcə də Fransa Qarabağ münaqişəsinin həlliylə məşğul olan Minsk qrupunun üzvləridir. S.R.Sübhani yazır ki, məhz bu qrup vasitəsilə Rusiya nəinki xeyli həll cəhdlərinin qarşısını alıb, üstəlik, Ermənistanı silahlandırmaqla münaqişənin uzanmasına yardım edib.

 

«Və təəssüf ki, başı Yaxın Şərqə qarışan ABŞ bu məsələdə aparıcı rolunu əldən verib, Yerevanla Bakı arasında uzunmüddətli sülhə nail olunmayıb», – deyən müəllif həm Azərbaycan, həm də Ermənistanın sülhə layiq olduğunu və Trampın hər iki ölkənin xalqına arzuladığı yeni başlanğıcı verə biləcəyini yazır. Onun fikrincə, Tramp Qarabağla bağlı hər iki tərəfdən ötrü ədalətli olacaq razılaşmanı əldə edə və ABŞ-ın əvvəlki siyasətinə qayıtdığını – qlobal stabilliyi və dünyanı qorumaqda olduğunu göstərər. Üstəlik, Azərbaycan kimi etibarlı müttəfiqinin yanında dayanmaqla, İran kimi oyunçulara ismarış göndərmiş olar.

 

HƏLLİN ŞƏRTLƏRİ

 

Müəllif Qarabağ münaqişəsinin həlli yollarını – şərtlərini də təklif edir. Onun fikrincə, hər şeydən öncə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki qüvvələrini çıxarması tələb olunmalı, əvəzində Azərbaycan Avropaya gedəcək qaz kəmərini Ermənistan ərazisindən keçirməlidir. Üçüncüsü, hər iki tərəf Qarabağa müstəqillik deyil, yüksək muxtariyyət statusunun verilməsiylə bağlı razılığa gətirilməlidir. Qarabağdakı ermənilər də tam muxtariyyətlə təmin olunmalıdır.

 

Müəllif sülhün təmin olunması üçün Qarabağa ABŞ, Rusiya və Fransa qoşunlarının yerləşdirilməsini və bunun haqqını zəngin Azərbaycanın ödəməsini təklif edir. Bundan sonra Azərbaycan-Ermənistan Barışıq və Yenidənqurma Fondunun yaradılmasını, bu fondun bəzi layihələri, məsələn, Bakıdan Ermənistan ərazisinə, oradan da Naxçıvana uzanan dəmiryolun tikintisini gerçəkləşdirməsi fikrini irəli sürür. Və nəhayət, Ermənistanda Sovet dönəmindən qalma Metsamor atom stansiyası əvəzinə ABŞ-Rusiya-Fransanın əməkdaşlığıyla yeni və təhlükəsiz nüvə zavodunun inşasını təklif edir.

 

Qəzet yazır ki, uzunmüddətli sülhdən ötrü D.Tramp Rusiya prezidenti V.Putini yola gətirməli, o da öz növbəsində Ermənistan prezidenti S.Sərkisyanı dilə tutmalıdır. «Həm Rusiya, həm də Birləşmiş Ştatlar Ermənistan xalqını əmin etməli, Yerevana heç vaxt arxa çevirməyəcəklərinə inandırmalıdırlar», – deyən müəllifin fikrincə, Tramp Putinin qarşısına aydın, yığcam və tam maliyyələşdiriləcək iqtisadi yenidənqurma planı qoymalıdır, onu münaqişənin həllinin bütün tərəflərin xeyrinə olacağına inandırmalıdır.

 

Modern.az 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
26.02.2017, 02:19

Xocalıdakı son toy - Foto

26.02.2017, 01:20

Prezident hər qadına 40 manat 8 mart hədiyəsi verir

26.02.2017, 00:53

Səudiyyə Ərəbistanı İraqa yeni səfir göndərir

26.02.2017, 00:35

Erməni əsirliyində olmuş keçmiş hərbçi 24 ildən sonra öz xilaskarı ilə görüşdü - VİDEO  

26.02.2017, 00:21

Türkiyə parlamentinin Xocalı bəyanatı – EKSKLÜZİV

26.02.2017, 00:17

Yerevanın növbəti Qarabağ TƏXRİBATI Məqsəd NƏDİR?

26.02.2017, 00:12

Piyadalara hücum edən silahlı sürücü güllələnib

26.02.2017, 00:00

25 yaşlı Xocalı soyqırımı - FOTOLAR

25.02.2017, 23:49

Sarayevoda Xocalı soyqırımı ilə bağlı beynəlxalq konfrans keçirilib

25.02.2017, 23:35

8 PKK terrorçusu məhv edilib

25.02.2017, 23:16

Koreya liderinin qardaşını öldürən qadına 90 dollar verilib

25.02.2017, 23:14

Ermənistan Azərbaycanın hərbi potensialından qorxuya DÜŞDÜ  

25.02.2017, 23:09

Səfir: “Çox az adam həmin gecədən sağ qaldı ki, o qanlı tarixə şahidlik etsin”  

25.02.2017, 23:00

Kərkükdə neft quyusu partladılıb

25.02.2017, 22:44

Ölkəyə gizli yolla 18 min dollar gətirmək istəyi baş tutmadı

25.02.2017, 22:29

Jurnalist reportajdan sonra minaya düşüb öldü - Video  

25.02.2017, 22:13

Ermənistan səfirliyi qarşısında aksiya - Video

25.02.2017, 21:55

Gəncə sakini alnından bıçaqlanıb

25.02.2017, 21:41

Yük maşını maksimum sürətindən daha artıq sürətlə "radara düşüb" - Video

25.02.2017, 21:27

“Buradan heç yerə gedən deyilik” – Ağdam sakini, Video

25.02.2017, 21:14

Məhsullarımız ilk dəfə “Gulfood 2017” sərgisində

25.02.2017, 20:57

Təxribata yol verən erməni idmançı ilə müqavilə pozulub

25.02.2017, 20:39

"Bu təxribatlar ermənilərin ənənəvi, köhnə taktikalarıdır"

25.02.2017, 20:30

Saxta viza hazırlayan axtarışa verildi

25.02.2017, 20:20

Məktəblilər Bakıda "Xocalı fləşmobu" göstərdilər - FOTOLAR  

25.02.2017, 20:16

Gölün daşması nəticəsində Aşağı Güzdəkdə evləri su basıb

25.02.2017, 20:09

Cocuq Mərcanlıda mərmi və raket gilizi aşkarlanıb

25.02.2017, 20:00

“Hərbi təxribatlar Ermənistan üçün əsas alətə çevrilib" – Bahar Muradova

25.02.2017, 19:01

“Bu qanunsuz "referendum" kimi siyasi təxribatlarının davamıdır” - XİN

25.02.2017, 18:15

Ordumuz düşmənin atəş nöqtəsi və uçuş aparatını məhv edib - VİDEO

25.02.2017, 17:55

Ohanyan: "Ermənistanı ciddi bədbəxtlik gözləyir"

25.02.2017, 17:31

Berlində Xocalı soyqırımının 25-ci ildönümü anılıb

25.02.2017, 17:09

Qarabağdakı döyüşlərlə bağlı mediaya XƏBƏRDARLIQ

25.02.2017, 16:50

Məşhur ekspert cəbhədəki vəziyyət HAQDA: “Qarabağda müharibə qaçılmazdır”

25.02.2017, 16:30

Avstraliyanın Melburn şəhərində Xocalı şəhidləri anıldı – FOTOLAR

ARXİV
SORĞU
“Hansı din xadiminə, dini ekspert və ya ilahiyyatçıya inanırsınız?”
Şeyxülislam Allahşükür Paşazadə(0.24%)
Hacı Sabir Həsənli(0.16%)
Hacı Fuad Nurullayev(0.01%)
Vasim Məmmədəliyev(0.26%)
Rafiq Əliyev(0.11%)
Hacı İlqar İbrahimoğlu(38.3%)
Hacı Şahin Həsənli(57.5%)
Elşad Miri(3.28%)