Modern.az

Prezident hökumət əleyhinə etirazlara dəstək verdi

Prezident hökumət əleyhinə etirazlara dəstək verdi

Aktual

23 Yanvar 2017, 12:07

Bazar günü 15 minə yaxın adam Rumıniyanın paytaxtı Buxarestdə hökumət əleyhinə etiraz aksiyası keçirib.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, nümayişçilər hökumətin Cinayət Məcəlləsinə yeni dəyişikliklər etmək niyyətindən narahat olublar.

 

Müxalifət hesab edir ki, dəyişikliklər korrupsiyalaşmış məmurların cavabdehlikdən yaxa qurtarmasına imkan yaradacaq.

Nümayişçilər arasında Rumıniyanın hazırkı prezidenti Klaus Yohannis də olub.

“Bu, qətiyyən yolverilməzdir. Bu o deməkdir ki, korrupsiyalaşmış siyasətçilər bundan sonra da cinayət törədə biləcəklər. Ona görə də rumınların əsəbiləşməyə əsasları var”, - prezident bəyan edib.

 

Sosial-Demokratik Partiyasının lideri və deputatlar palatasının spikeri Liviu Draqnev isə bəyan edib ki, Rumıniya prezidenti hökumət və Konstitusiya quruluşu əleyhinə sanksiyalaşdırılmamış etirazlara rəhbərlik edib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır