Modern.az

“Əgər məktəb direktoru tərbiyə həddini aşırsa...” - Şahlar Əsgərov daha sərt tədbirlərə ÇAĞIRIR

“Əgər məktəb direktoru tərbiyə həddini aşırsa...” - Şahlar Əsgərov daha sərt tədbirlərə ÇAĞIRIR

Aktual

23 Yanvar 2017, 13:42

Təhsil sahəsində müəyyən islahatlar həyata keçirilir. Dövlət proqramları və islahatlar çərçivəsində təhsildə idarəetmə, müəllim hazırlığı və digər sahələrin inkişafına xüsusi diqqət yetirilir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətdə də mühüm işlər görülüb.

 

Amma bəzi məsələlər hələ də problem olaraq qalır. Bəzi bölgələrdə məktəb direktorlarının illərlə eyni təhsilə ocağına rəhbərlik etməsi ictimaiyyətin də narazılığına səbəb olur. Bu, ona gətirib çıxarıb ki, illərdir vəzifə kreslosunu dəyişməyən bəzi məktəb direktorlarında feodal düşüncəsi formalaşıb, onlar özlərini sanki ağa hesab edirlər.

 

Maraqlıdır, müasir məktəb direktorları necə formalaşmalıdır? Məktəb direktorlarının təyinatı məsələsində ictimaiyyətin fikirləri nə dərəcədə nəzərə alınmalıdır?

 

Təhsil eksperti Şahlar Əsgərov Modern.az-a açıqlamasında məsələyə fərqli prizmadan yanaşıb. O, bildirib ki, məktəb direktorlarına cavabdeh şəxslər var.

 

“Məktəb direktoru özünü ağa hesab edə bilməz. Onu ora qoyan adam var. Həmin adamı tənqid etmək lazımdır. Əgər məktəb direktoru tərbiyə həddini aşırsa, həmin rayonun icra başçısını tənqid etmək lazımdır ki, icra başçısı hara baxır axı! Məktəbdə bəzi hoqqalar çıxır. Məktəbdə nəsə hadisə olanda dərhal həmin məktəbi təhqir etmək olmaz. Çünki uşaqlarımızı təhqir etdiyimiz məktəbə göndəririk. Cavabdeh şəxslərdən belə halların səbəbini soruşmaq lazımdır”.

 

Təhsil ekspertinin sözlərinə görə, özünü yaxşı aparmayan, nümunəvi olmayan məktəb direktorlarına yalnız töhmət vermək doğru deyil.

“Kapitalizmin liberal quruluşunda töhmət yoxdur. İşçini işdən qovmaq var, tərif yoxdur, işçinin  maaşını artırmaq, vəzifəni böyütmək  var. Iqtisadi idarəetmə və rıçaqlar var ki, bu, onlara  təsir edir. Pis direktoru işindən çıxartmaq lazımdır”.



Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?