Modern.az

“Aprel döyüşləri”... erməni ağlaşması və xarici mətbuat...

“Aprel döyüşləri”... erməni ağlaşması və xarici mətbuat...

Aktual

23 Yanvar 2017, 14:23

Aida EYVAZLI


...Hamının gözü ekranlarda, internet saytlarında idi. Aprelin 1-dən 2-nə keçən gecə, erməni silahlıları Azərbaycana qarşı növbəti təxribat törədib, hərbi mövqelərimizə hücum çəkib, əhalini, kəndləri atəşə tutumuşdular... Sonra 12 nəfərin şəhid olması xəbəri gəldi. Hamı bildi ki, vəziyyət çox ciddidir.

“Cəbhə xəttində gərginlik davam edir. Modern.az saytı xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, hal-hazırda Ağdam, Füzuli və Tərtər rayonlarında təmas xəttində döyüşlər davam etdirilir.  

Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.   
Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.  

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb...”.

Bu qəbildən oln xəbərlərdən sonra dərhal Azərbaycana dost və qardaş olan ölkələr  hakimiyyət rəsmiləri ilə  əlaqə yaratdılar. Türkiyənin XİN-i bəyanat yaydı:

"Biz aprelin 1-dən 2-nə keçən gecə Ermənistan tərəfindən təmas xəttində Azərbaycana qarşı yönəldilmiş davamlı top atəşini və mülki əhalini də hədəf alan hücumları qınayırıq". 
Modern.az saytı  xəbər verir ki,  bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.  

Açıqlamada daha sonra qeyd olunub: "Ermənistanı atəşkəs rejiminə əməl etməyə və qarşıdurmaya bir an öncə son verməyə çağırırıq".  

Türkiyə XİN Ermənistanın təxminən əsrin dörddə biri qədər müddətdə Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxladığını xatırladıb: "Bu işğala son verilmədiyi və Ermənistan təcavüzkar mövqeyindən əl çəkmədiyi müddətcə oxşar qarşıdurmaların baş verməsi təhlükəsi təəssüf ki mövcuddur. Bu çərçivədə BMT Təhlükəsizlik Şurasının da qərarlarını diqqətə alaraq, Ermənistanın işğala bir an öncə son verməsi ilə bağlı çağırışımızı təkrar edirik”.


Həmin günlər Azərbaycanla strateji əməkdaş olan ölkələrdən də dəstək gəldi.


ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner Vaşinqtonda keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən “Biz Minsk Qrupunun fəaliyyətini dəstəkləyirik. Həmçinin həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq, BMT nizamnaməsi və Helsinki Yekun Aktı, xüsusilə də gücdən istifadə etməmək, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsiplərinə uyğun nizamlanması üçün vasitəçilik cəhdlərini möhkəm dəstəkləyirik. Bildirdiyim kimi, davamlı sülh ölkə liderlərinin siyasi iradəsindən asılıdır. Biz Minsk Qrupu çərçivəsində məhz buna nail olmağa çalışırıq”- demişdi.


Azərbaycan əsgərləri isə pələngə, şirə dönmüşdülər. Onlar öülümün gözünə dik baxaraq, irəliyə, ancaq irəliyə doğru irəliləyirdilər.


“Dağlıq Qarabağdakı təmas xəttində Ermənistanın hücumu ilə başlayan qarşıdurmanı yaxından  izləyirik”. Bunu Ədalət və İnkişaf Partiyasının iclasında Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirmidi. Və qeyd etmişdi ki, həyatını itirən Azərbaycan şəhidlərinə Allahdan rəhmət diləyir. “Azərbaycanlı qardaşlarıma başsağlığı verirəm. Türkiyə Ermənistan hücumlarına qarşı can Azərbaycanla çiyin-çiyinə durmaqda davam edəcək. Hamı bilsin ki, Türkiyə axirətə qədər Azərbaycanın yanında olacaq".

Çin Qarabağ münaqişəsi tərəflərinin yaranan vəziyyəti sülh danışıqları ilə həll edəcəklərinə ümid edirdi.Çin Xalq Respublikası XİN-in rəsmi nümayəndəsi Hun Ley “Biz ümid edirik ki, tərəflər təmkin, sakitlik nümayiş etdirəcək və hazırkı vəziyyəti sülh danışıqları vasitəsilə həll edəcəklər” fikirlərini səsləndirmişi. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  cəbhə xəttinin Xocavənd-Füzuli və Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqelərinin geri alınmasının heç bir nəticə vermədiyini anlayan Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmaqda davam etdiyini, bu istiqamətdə düşmənin ən iri hərbi bazalarından biri sayılan, Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdıldığını bildirmişdi.


Ermənilərin sərsəm sayıqlamaları

Azərbaycanın dünyanın  5 qitəsində yerləşən diplomatik nümayəndəlikləri və diplomatuik korpuslarının əməkdaşları da həmin günlərdə Azərbaycan həqiqətlərini dünyaya çevik və səhih məlumatlarla çatdırdılar ki, bu dəfə ermənilərin təbliğat maşınları işləməsin. Belə çevik fəaliyyətdə olan səfirliklərimizdən biri isə qardaş Qazaxıstan Respublikasındakı diplomatik korpusumuz oldu. 

Ölkəmizin Qazaxıstandakı səfiri Rəşad Məmmədov həmin günlərdə səfirliyi sözün əsl mənasında bir mətbuat mərkəzinə çevirdi. Orta Asiya Respublikalarının bütün dipolmatik nümayəndəlikləri və informasiya agentlikləri ilkin doğru xəbəri Qazaxıstandakı Azərbaycan Səfirliyindən almağa üstünlük verirdilər.

Qazaxıstan Respublikasının www.365info.kz  portalı hər dəqiqə Azərbaycandan aldığı xəbərləri yeniləyirdi.  İş o yerə gəlib çatmışdı ki, Qazaxıstan saytlarının Azərbaycan həqiqətlərini, Erməni tərəfin məğlubiyyətini işıqlandırmaları   Ermənistanda böyük  narahatlıq və qalmaqala səbəb olmuşdu. Hətta bu qalmaqal iki dövlət Qazaxıstan və Ermənistan arasında diplomatik dartışmaya qədər gəlib yetişmişdi.   Hətta portalın səhifəsində  «В Армении обвиняют казахов в предательстве — за поддержку Азербайджана» (“Ermənistanda Azərbaycanın tərəfini tutduqlarına görə qazaxları günahkar sayırlar”) məqaləsi yerləşdirilmişdi.  Belə olan halda peşəkar jurnalistlər Qazaxıstanda fəaliyyət göstərən hər iki diplomatik korpusun səfirlərindən rəy öyrənmişdilər. Və həmin günlərdə  sosial şəbəkələrin azərbaycanyönümlü fəaliyyətindən bezən erməni diplomat Ara Saakyan www.365.kz  saytına üzürxahlıq edərək belə bir məktub göndərmişdi:

 “Hörmətli redaksiya, “Ermənistanda Azərbaycanın tərəfini tutduqlarına görə qazaxları günahkar sayırlar” məqaləsinə görə, diqqətinizə çatdirmaq istəyirəm ki, “ArmenianRеport” kimi saytlar dezinformasiya və yalan məlumatlar yaymaqla məşğuldurlar. Belə psevdo-erməni  saytlar hər zaman olub.  Bizim sizinlə dost və əməkdaş münasibətlərimizin kökü dərindir. Biz Qazaxıstan XİN-nin  aprelin 3-də  Dağlıq Qarabağ ətrafında  vəziyyətin kəskinləşməsi ilə bağlı  yaydığı bəyənatı ürəkdən alqışlayırıq... Hörmətlə, - A.Saakyan, Ermənistanın səfiri”.

Səfirin üüzürxahlığı separatçı erməniləri çox narahat etdiyindən, ermənistanın müxalifətyönümlü portallarından birinn əməkdaşı Tevos Arşakyan danışmışdı. Danışığı isə giley-güzarla dolu idi.


“ODKB –nin üzvləri Ermənistanı satdılar. Bu qarşıdurmada Azərbaycan öz  tərəfdaşlarından dəstək aldı, Ermənistana tərəf isə tərəfdaşların heç biri üz çevirmək belə istəmədilər. Bizi yalnız , dünyada yaşayan erməni disporu dəstəklədi. Onlar da ODKB-nin  belə etinasızlığından və Azərbaycanı ittiham ertmədiklərindən təssüfləndilər. Bu tərəfdaşlıqdan məmnun qalan  və cəzasızlıq ucbatından Azərbaycan onlara arxalanaraq, Qarabağın yaşayış ərazilərinbə artilleriya atəşləri açmaqda davam edirlər. Əfsuslar olsun ki, bu ağır vəziyyətə düşən Ermənistan  tərəfdaşları tərəfindən tapdalanaraq , həm də əksildilər”.

Öz ölkəsinin bu müharibbədə haqlı olmadığını əslində bu sözlərlə sübuta yetirən Arşakyan hətta həmin günlərdə Türkiyə və Pakistan kimi böyük hərbi gücə malik olan dövlətlərin Azərbaycanana kömək əlini uzatmalarından da qeyzlənirdi. (Burada gülməmək olmur. -red.).

Pakistanın Müdafiə Nazirliyin tərəfndən olan açıq müraciət,  rəsmi Türkiyənin açıq şəkildə  “Qarabağda erməni hərbi birləşmələrinin təxribatı” kimi açıqlamaları  və dünyanın sülhsevər insanlarının  “Azrbaycanın ərazilərindən ermənilərin çıxarılması çağırışına qoşulması” kimi müraciətləri erməni cəmiyyətində sözün əsl mənasında ajiotaja səbəb olmuşdu.  Pakistan və Türkiyənin hər zaman Azərbaycana kömək etməyə hazır olduğunu önə çəkən erməni mediası, daha sonra ODKB üzvlərini kəskin tənqid atəşinə tutaraq ,  Rusiya, Tacikistan, Qazaxıstan, Belorus və Qırğızıstanı da qınamağa başlayır.

“Aprel döyüşləri” başlayarkən Belarus prezidenti Aleksandr  Lukaşenkonun Azərbaycan prezidenti İlham Əliyevə dərhal zəng edərək, narahatlığını bildirməsi və gələcək təxribatların qarşısının alınması üçün  bütün səylərini sərf edəcəyini söyləməsi də Ermənistanda birmənalı qarşılanmadı. Belarus Xarici İşlər Nazirliyinin   BMT Təhlükəsizlik Şurasının  Azərbaycan sərhədlərinin qorunması haqqında 4 qətnaməsinin təcili surətdə yerinə yetirilməsi məsələsinə toxunmasına görə  isə ermənilər   rəsmi Minsk qrpunu hətta  “ikiüzlü”  də  adlandırdılar. A.Lukaşenkonun Azərbaycanı dəstəkləməsi səbəbindən Belarusun Ermənistandakı səfiri  İqor Nazarov Ermənistanın Xarici İşlər Nazirliyinə dəvət olundu. Xarici işlər nazirnin müavini  Şavarş Koçaryan  Belarusun XİN- tərəfindən edtiyi bəyənata görə narahatlığını bildirərək, diplomatik nümayəndəliyin rəhbəri  cənab  Nazarovdan  izahat istəmişdi.

Belorus Respublikasını Azərbaycanın haqq ədalət savaşında yanında olduğunu görən, Ermənistanın elə həmin günlərdə ən çox dalaşdığı ölkələrdən biri də Qazaxaıstan oldu. Əlləri hər yerdən üzülən ermənilər indi səfirliklərə güc göstərməklə, özlərinə tərəfdaş axtarmaq istəyirdilər. İş o yerə çatmışdı ki, hətta sosial şəbəkələrdə qardaş Qazaxıstan xalqının Azərbaycanı necə dəstəklədiyindən də narahatlıqlarını bildirirdilər. Ağlı çaşmış erməni bilmirdi ki, sosaial şəbəkələrdə hər kəs öz fikrini ifadə edir. Burada kimsə kiməsə sifariş vermir.  Həmin günlərdə   başını itirmiş, dünyadan Azərbaycan qədər dəstək almayan  ermənilər  narahatlıqların  belə  izhar edirdilər:


“Sosial şəbəkələrdə bütün qazax seqmenti ”türk qardaşları” azərbaycanlıların tərəfini tuturlar. Hətta  dəliqanlı qazaxların bir çoxu  öz həmyerlilərini Qazaxıstandakı Azərbaycan səfirliyinə getməyə  və  könüllü kimi Azərbaycanda vuruşmağa  çağırırlar...”.


Ən təccüblü olan isə belə bir məqam idi ki, qazax qardaşlarımızın Azərbaycanı müdafiə etmələrinin səbəkarı kimi Qazaxıstan prezidenti Nursultan Nazarbayevi günahlandırırdılar. Bu iradlarını Qazaxıstanın Ermənistandakı səfiri cənab Timur Urazayevə bildirəndə isə , o  peşəkar bir diplomat kimi belə cavab vermişdi: 

“Bizim ölkənin prezidenti Azərbaycan, Türkiyə və ya Ermənistanın prezidenti ilə görüşəndə, hər birinin əlini sıxır, bu o demək deyil ki, onların arasında kiməsə fərq qoyur. Bizi bütün ölkələrlə normal münasibətlərdəyik.. Bütün prezidentlər ilk növbədə öz  addımlarını xalqının maraqları naminə atır.Biz də bütün ölkələrlə münasibətlərimizi bərabər saxlayırıq”
- deyib və fəaliyyətinə davam etmişdi. Səfirin bu bəyanatından sonra isə, ermənilər  adını verdikləri qədim türk kəndi olan Ariçdən türk oğlu Nursultan Nazarbayevin  şəklini və adını sökmüşdülər.

Ermənilərə məxsus olan bu tərbiyəsizliyi də çox sakit qarşılayan Qazaxıstanın böyük elçisi onlara belə cavab vermişdi: “... Sizin tərəfinizdən arılan bu addımı müdrik adlandırmaq olmaz. Biz bu məsələyə görə heç naraat da deyilik. Çünki biz sizdən heç vaxt  xahiş etməmişdik ki, küçənizə Nazarbayevin adını verəsiniz...”.

Qazaxıstanın diplomatik nümayəndəliyi ilə dava edib qurtarandan sonra isə, Rusiyanı qınamışdılar.  Və burada özləri də bilmədən çox maraqlı mətləb və məqamlara toxunmuşdular.  Tevos Arşakyanın xatirlaması təxminən  belə idi: “Gəlin Rusiyanın 2008-ci ilin avqust ayında  Cənubi Osetiya və Abxaziyanın tərəfdaşı olduqları Gürcüstana qarşı münasibətini xatırlayaq. Moskva həmin avqust hadisələrində  Gürcüstana dağıdıcı zərbələr endirərək, orada sülhü təmin etdi.  Ancaq Ermənistanın hücumuna isə Kreml kənardan müşahidə etməklə kifayətləndi və ancaq təcavüzkar tərəfə ( təcavüzkar deyəndə, Azərbaycanı nəzərdə tutur)  hərbi müdaxiləni dayandırmasını tövsiyə etdi. Baxmayaraq ki, biz ermənilər, Rusiyadan daha çiddi v aktiv hərəkət gözləyirdik. Və buna haqqımız var idi...”...


Türk dilimizdə belə söz deyənin qarşısında deyərlər ki, “vayyyyy bəəəəə...sənin...”


Erməni yazar heç özü də bilmədən, təsadüfən düşdüyü “qoryaçkada”  sayıqlamağa başlayaraq, hətta rusla öz aralarında olan sirləri açırdı. Bir daha təsdiq edirdi ki, onların ilhamverəni, gücü ruslardadır. Rusiya olmasa, regionda çoxdan itib-batarlar. Nə yazıqlar olsun ki, Rusiya da bütün yaranış, dövlət olmağa başladığı tarixdən əslində türkün düşməni olub, və bu düşmənçilikdə həmişə ermənini əlində alət kimi saxlayıb. Burada elə ermənilərin xatırlatdığı 2008-ci il avqustunda Gürcüstandan Abxaziya və Cənubi Osetiyanı qopararkən Dmitri Mededevin dediyi bir sözü xatırlamasam olmur: “Müstəqil olmaq o demək deyil ki, istədiyini edəsən, istədiyin vaxt ayrılıb, istədiyin vaxt gedəsən...”—budur Rus İmperiyasının  kiçik dövlətlərə qarşı  sərgilədiyi açıq mövqeyi.

Ermənistanın Qaxaxıstandakı səfirinin məktubuna cavabı isə Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov çox gözlətməmişdi. Səfirliyin adından  www.365.kz saytına belə bir cavab məktubu yazılmışdı:

“Hörmətli redaksiya!

 Azərbaycan və Ermənistanın təmas xəttində  baş verən son hərbi əməliyyatlardan sonra dünya ictimaiyyətini Azərbaycana qarşı başladıqları müharibəyə görə Ermənistanı qınadığı artıq şübhə doğurmur.  Erməni tərəfi  isə inandırıcı olmayan və gülməli dəlillərlə öz ölkəsinin siyasətini  maskalamağa çalışır. O diplomatın yazdıqlarını şəxsən biz ciddiyə alımırıq. Çünki Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar BMT-nin  dörd qətnaməsi vardır.  O qətnamələr BMT Nizamnaməsində əks olunmuş beynəlxalq hüququn norma və prinsiplərini özündə əks etdirir, atəşkəsin kim tərəfindən pozulmasını, təcavüzkarı, günahkarı göstərir.  BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü ildə qəbul edilmiş 822 saylı qətnamədə,  29 iyulda 853 saylı növbəti qətnamə , 822 saylı qətnamə  və 884 saylı digər bir qətnamələri var.Bu  qətnamələrdə  hərbi əməliyyatların genişləndirilməməsi üçün Ermənistana artıq ünvanlı müraciət etmişlər. Türkiyə, İran və Avropa Birliyi o zaman bəyanatlar yayaraq işğalçı qüvvələrdən atəşkəsə əməl etməyi tələb etmişlər .
Hörmətlə, Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirliyi”.


Cənubi Qafqazda bu münqaişənin 1988-ci ildən yarandığını diqqət çəkən Azərbaycan diplomatı, 20 faiz Azərbaycan torpaqlarının düşmən əsarəti alrında olduğunu və həmin ərazilərdən 1 milyonadan artıq  insanın  qaçqın düşdüyünü  qeyd edir. Həmin illərdən davam edən müharibə  və atəşkəs dövründə   ermənilərin Azərbaycana vurduğu ziyanın milyardlarla ABŞ dolları civarında olduğunu da bildirir.

Azərbaycanlı diplomat qeyd edir ki,  Ermənistanın səfiri Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərən bir rejimin tərəfini tutursa, bu artıq beynəlxalq normalara zidd bir bəyanat sayılır.

//365info.kz/2016/04/ushherb-nanesennyj-azerbajdzhanu-v-nagornom-karabahe-sotni-mlrd-dollarov-posolstvo/

Elə həmin günlərdə  //ratel.kz/raw/karabahskaya_voyna_vzglyad_iz_kazahstana/ /  saytında Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Vidadi Salahov da maraqlı açıqlamalar verir. Öz müsahibəsində bildirir ki, “Dağlıq Qarabağ – Azərbaycanın tərkib hissəsidir. Bütün dünya da bilir ki, Ermənistanla Azərbaycanın tarixi sərhədləri harada başlayıb, harada qurtarır.  Onlar bizim elə rayonlarımızı işğal ediblər ki, oraya heç zaman erməni ayağı dəyməyib. Mənim anadan olduğum Kəlbəcərdə heç vaxt erməni yaşamayıb. İndi isə həmin Vətənimdəki məzarlıqlar, məscidlər, tarixi abidələrin hamısı talan olub və dağıdılıb... Ermənilərin aprel ayında yəni bu günnlərdə yaratdığı təxribat nəticəsində  sərhədyanı zonalarda yenə də nə qədər evlər, ailələr, insanlar ziyan çəkiblər. Onların atdıqları top atəşləri nəticəsində  insanlar gecə yatdığı yerdə həlak olublar”.

Jurnalistin digər suallarını da cavablandıran diaspor sədri, daha sonra qeyd edirdi  ki, “...əgər erməninin arxasında Rusiya dayanmasa,, heç vaxt onlar tərəfindən belə hadisələr baş verməz.  Vladimir Vladimiroviç Putin isə belə məsələlərdə özünü çox təvazökar aparır, o çox yaxşı bilir ki, kim haqlıdır. Buna baxmayaraq Ermənistanı Rusiya Qafqazda özünün for postu kimi saxlayır. Əgər Rusiya istəsə, ermənilər işğal olunan əraziləri 2 saat ərzində tərg edərlər. Və əgər həmişəki kimi  Azərbaycanın olmaq şərti ilə  Dağlıq Qarabağın tərkibində qalıb yaşamaq istəsələr, Azərbaycan o insanların  yaşamasına öz vətəndaşları olduğuna görə  tam qarantiya verəcək.  Azərbaycanda 24 millətin nümayəndəsi yaşayır.  Heç kimin də hüququ pozulmur.  Bizim prezidentimiz cənab Nursultan Nazarbayev də erməniləri Avrasiya İttifaqına qəbul edəndə şərt qoydu ki,  dövlətlərin sərhədləri BMT-nin qəbul etdiyi sənədlərə görə müəyyənləşib. Hər kəs bu sərhədlər daxilində öz hüquqlarını bilməlidir. Həmin sərhədlər toxunulmazdır”.

Həmin ərəfədə saytın əməkdaşı  Qazaxıstanda fəaliyyət göstərən erməni diasporunun rəhbərləri və nümayəndələrindən də münasibət öyrənmək istəsə də, onun suallarını cavablandırmağa bir kimsə tapmır.

Çünki, bəzən kənarda yaşayan ermənilər öz millətlərinin və dövlətlərinin nə qədər haqsız olduqlarının fərqindədirlər.

Azərbaycan apardığı haqq savaşaında isə yenilməz Ordusu və əsgərləri ilə ön sırada idi. Və qələbə əzmini itirməmişdi. Xoş xəbərlər gəlməkdə davam edirdi. Bir gözümüz ağlayır, bir gözümüz gülürdü.

“Nədən o günlərə qayıtdın” sualını verən olsaydı, belə cavab verərdim.

“Aprel ayında  Qarabağı azad etmək şansımız yaranmışdı. Qoymadılar... Ancaq ki, dünyaya səsimizi, qələbəmizi, harayımızı jurnalistlər yaydı. Haqq söz deyən, doğrunu yazan, bu Vətəni təmsil edən jurnalistlərimizi də qorumaq dövlətimizin şərəf borcudur. Biz doğru yazmaqla həm də Vətənin, Dövlətin Şərəf, Şan tarixini yazırıq”.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!