Modern.az

Oğru məmurlara hansı cəza verilməlidir...

Oğru məmurlara hansı cəza verilməlidir...

23 Yanvar 2017, 15:30

Dünyanın bir çox ölkələrdə vəzifələrindən sui-istifadə edən, büdcəni talayan məmurlara rast gəlinir. Bir sıra ölkələrdə həmin məmurlara qarşı daha sərt cəza tədbirləri görülür.  Zaman-zaman Azərbaycanda da belə məmurlara rast gəlinir.

 

Azərbaycanda büdcəni talayan məmurlar ömürlük azadlıqdan məhrum edilə bilərmi?

 

Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlama verib.

 

Tahir Kərimli 1998-ci ildə güllələnmə hökmü ləğv olunana qədər Azərbaycanda istənilən talama cinayətlərinə görə ölüm cəzasının kəsildiyini xatırladıb:

“Ancaq ondan sonra ölüm hökmü ləğv edildi. Köhnə Cinayət Məcəlləsində külli miqdarda talama, xeyli miqdarda talama, az miqdarda talamaya görə cəzalar müəyyən olunmuşdu. Yeni məcəllədə də buna oxşar klasvikasiya dayanır. Ekspozisiyalar eynidir. Lakin orada ölüm hökmü yoxdur”.

Deputat deyib ki,  əgər külli miqdarda talama olubsa, ən yüksək və ən ağır cəzalar verilə bilər.

“Yəni uzun müddət azadlıqdan məhrum edilə bilər. Ömürlük cəza ölüm hökmünə bərabər cəza kimi götürülür. Mən o vaxtı ölüm hökmünün aradan qalxmağının əlehdarı olmuşam. Artıq indi ölüm hökmünün qaytarılmasının tərəfdarı deyiləm. Əgər bir neçə insan talama işi ilə məşğul olursa, külli miqdarda vəsaiti büdcədən mənimsəyirsə, o insanların biri yüngül cəza alırsa, digəri isə heç bir cəza almırsa , deməli bu zaman ictimai və hüquqi ədalət pozulur. Ona görə də mən ən yüksək cəza olan ömürlük həbs cəzasını qəbul etmirəm. Mən istəyərdim ki, hamıya tətbiq olunan bir cəza olsun. Ona görə də mən hesab edirəm ki, büdcəni talayan məmurlara, şəxslərə qarşı 15-20 illik cəza ən optimaldır. Məncə bu ən böyük cəza tədbiridir”. 

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir