Modern.az

AŞPA sədri Qarabağdan DANIŞDI: “Vəziyyət təhlükəlidir”

AŞPA sədri Qarabağdan DANIŞDI: “Vəziyyət təhlükəlidir”

23 Yanvar 2017, 21:57

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt regiondakı, o cümlədən Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı uğur əldə olunmamasına təəssüf edir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, AŞPA-nın qış sessiyasının açılışında çıxış edən Aqramunt  Avropa Şurası üzvləri olan ölkələr arasındakı münaqişələrin həllində razılığa gəlinməməsindən danışıb.

 

O bu kontekstdə Qarabağ münaqişəsini və Ukraynadakı situasiyanı yada salıb.

 

“2016-cı ilin aprelində Qarabağ münaqişəsi zonasındakı təmas xəttində təhlükənin artması qeydə alınıb. Vəziyyət hələ də təhlükəli olaraq qalır”, - o, vurğulayıb.

 

 

16:00

 

 

Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramunt hələ ötən il Dağlıq Qarabağ münaqişəsinin həllinə qurumun töhfə verə bilməməsi ilə bağlı təəssüfünü bildirib.

Modern.az-ın məlumatına görə, Strasburqda keçirilən AŞPA-nın qış sessiyasının ilk plenar iclasında P.Aqramunt bu haqda danışıb.  

O, ötən ilin aprel ayında Ermənistanla Azərbaycan arasında ağır döyüşlərin baş verdiyini xatırladaraq, bölgədə vəziyyətin təhlükəli, hər an alovlana biləcəyini vurğulayıb.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi