Modern.az

Prezidentlər və imzaları - Qol çəkib göstər, necə adam olduğunu deyim - FOTOLAR

Prezidentlər və imzaları - Qol çəkib göstər, necə adam olduğunu deyim - FOTOLAR

23 Yanvar 2017, 16:17

İnsanı tanımağın müxtəlif yolları var. Deyirlər ki, bunlardan biri də imzaya baxmaqla insanın xasiyyətini müəyyənləşdirməkdir. Mütəxəssislərin fikrincə, bircə dəfə şəxsin imzasına baxıb onun necə insan olduğunu demək olar.

Psixoloqlar deyirlər ki, insanı sənədi imzalamaq qaydasına görə tanımaq olar. İddia olunur ki, hərflərin istiqamətinə nəzər salmaqla imza çəkənin nə cür insan olduğu haqda fikir yürütmək mümkündür.

Məsələn, imzanın aşağıya doğru yönəlməsi şəxsin pessimist olmasını göstərir. Hərflərin aralı olması insanın xeyirxahlığından xəbər verir. Hərfləri sıx yazanlarsa, qənaətcil, bəzən də çox xəsis olurlar.

İmzanın ilk hərfi digərlərinə nisbətən çox böyükdürsə, belə adamlar çətin olur. Onlar tələbkar və hər şeyi bəyənməyən olurlar. Birinci hərfi ölçüsünə görə o qədər də fərqlənməyənlərə isə çox şey lazım deyil. Onlar daha üzüyoladırlar.

İmzada altdan xətt varsa, deməli, sahibi küsəyən və özünü sevəndir. İmzanın yuxarısında xəttin olması insanın qürurlu və şöhrətpərəst olduğunu göstərir. İmzada xətt yarıya bölünmüş şəkildə iki dəfə verilirsə, şəxs özündən narazıdır və özünəgüvən hissi aşağıdır. İmzaya baxdıqda onun adi olduğunu görürüksə, deməli, sahibi problem yaratmağı sevmir. Özündə məna daşıyan imzalarsa, sahibinin qeyri-adi və yaradıcı insan olduğunu göstərir.

Hərflər sol tərəf yönəlibsə, şəxs çətin və fərqli xasiyyətə malikdir. Özü bildiyi kimi hərəkət etməyi sevir. Sağ tərəfə yönəlməsi, insanın özü ilə harmoniyada olmasını, başqalarını başa düşməsini göstərir. İmzadakı hərflər düzdürsə, sahibi öz sözünün üstündə duran və özünə daim nəzarət edən, hisslərini cilovlayan şəxsdir. İmzanın hansı tərəfə yönəlməsi dəqiq bilinmirsə, belə insanla ehtiyatlı olmaq lazımdır.

İmza uzun olsa adam səbirli, imzası qısa olanlar məntiqi yaxşı istifadə edənlərdir. İmzanın sonu böyük hərflə bitirsə başladığı işləri yaxşı bitirir deməkdir.

İmzadan söz düşmüşkən, yanvarın 20-də rəsmən ABŞ prezidenti kimi fəaliyyətə başlayan Donald Tramp imzasının uzunluğu ilə diqqəti cəlb edib.

ABŞ prezidentlərin həyatı və vərdişləri ilə yanaşı, onun imzası da insanların marağına səbəb olub.

Trampın timsalında digər dövlət başçılarının imzaları maraq doğurur. Axı müxtəlif dövlət sənədlərinin altından çəkilən həmin imzalar siyasi liderlərin xarakteri haqqında da çox şeylər deyir.

Modern.az saytı dünya prezidentlərinin imzalarını təqdim edir. 


Azərbaycan prezidenti İlham Əliyev:


***
Rusiya prezidenti Vladimir Putin




***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

          
***

ABŞ-ın eks-prezidenti Barak Obama:

***

ABŞ-ın yeni prezidenti Donald Tramp:

***

Fransa prezidenti Fransua Olland:



***

İran prezidenti Həsən Ruhani:



***

Ermənistan prezidenti Serj Sarkisyan:


  ***

Almaniya kansleri Angela Merkel:

***

Çin Xalq Respublikasının sədri Si Tzinpin:



 

Vüqar İSMAYILOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?