Modern.az

Astanada Suriya nümayəndə heyəti müxalifəti təxribatçılıqda günahlandırıb  

Astanada Suriya nümayəndə heyəti müxalifəti təxribatçılıqda günahlandırıb   

23 Yanvar 2017, 16:15

Astanada Suriya nümayəndə heyəti müxalifəti təxribatçılıqda günahlandırıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Astanada rəsmi Dəməşqin nümayəndə heyətinə rəhbərlik edən Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər əl-Cəfəri ilk iclasın yekunu üzrə bəyan edib ki, Suriya müxalifətinin nümayəndələri özünü təxribatçı kimi aparır.

O qeyd edib ki, müxalif nümayəndə heyəti diplomatik qaydalara əməl etmir: "Nümayəndə heyətinin rəhbəti iclasa aidiyyəti olmayan çıxış etdi. O, çıxışında "Cəbhət ən-Nüsra" qruplaşmasının Ayn əl-Ficə və Vadi-Baradadakı hərbi cinayətlərini müdafiə etdi".

Qeyd edək ki, bu gün Astanada Suriya böhranının nizamlanması üzrə birinci iclas başa çatıb.

 

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür