Modern.az

Böyük Britaniyada əcnəbi tələbələr Azərbaycan mətbəxinə və rəqslərinə heyran olublar

Böyük Britaniyada əcnəbi tələbələr Azərbaycan mətbəxinə və rəqslərinə heyran olublar

25 Mart 2011, 17:17

Böyük Britaniyada fəaliyyət göstərən “Ekzeter Azərbaycan Cəmiyyəti”  Novruz bayramını təntənə ilə qeyd edib. Cəmiyyətdən verilən məlumata görə, tədbirdə 23 müxtəlif ölkədən 100-dən artıq əcnəbi tələbə iştirak edib.
Tədbir 3 hissədən ibarət olub.  Rəsmi hissənin açılışı azərbaycanlı  tələbə, İngiltərə vətəndaşı Sabina Metcalf tərəfindən yerinə yetirilib və qonaqlar bayram haqqında  məlumatlandırılıb. Daha sonra, tamaşaçılara Azərbaycan mədəniyyətindən bəhs edən video çarx nümayiş etdirilib.
İkinci hissədə qonaqlar Azərbaycan mətbəxinin ləziz təamlarının dadına baxıb və mətbəximiz əcnəbi tələbələr tərəfindən çox bəyənilib.
Üçüncü  hissədə isə qonaqlar milli rəqslər və musiqilərimizlə tanış  edilib.
Azərbaycan Cəmiyyətinin sədri Orxan Məmmədov və tədbirin fəal iştirakçılarından Ayan əsgərlinin milli rəqsi  tamaşaçılar tərəfindən böyük alqışla qarşılanıb. Əcnəbi tələbələr milli Azərbaycan paltarları nda foto çəkdiriblər və onlar da milli rəqslərimizi oynayıblar.
Qeyd edək ki, “Ekzeter Universiteti - Azərbaycan Cəmiyyəti” 2010-cu ilin noyabr ayında universitətdə təhsil alan azərbaycanlı tələbə Orxan Məmmədovun təşəbbüsü ilə fəaliyyətə başlayıb. 






Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir