Modern.az

"Qafqaz"ın tələbələrini başqa ali məktəblərə köçürən işçi qrupun tərkibi AÇIQLANDI

"Qafqaz"ın tələbələrini başqa ali məktəblərə köçürən işçi qrupun tərkibi AÇIQLANDI

23 Yanvar 2017, 16:36

Qafqaz Universitetinin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə işçi qrupun tərkibi açıqlanıb.

Bu haqda Təhsil Nazirliyindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Nazir Mikayıl Cabbarovun imzaladığı əmrə əsasən, Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev qrupun sədri təyin olunub.

 

Qafqaz Universitetinin Tədris işləri üzrə prorektoru Həmzağa Orucov, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun baş məsləhətçisi Yaşar Ömərov, Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunun məsləhətçisi Günay Ələkbərova, Təhsil Nazirliyinin Hüquq şöbəsinin sektor müdiri Rasim Hüseynov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədrisin metodik təminatı və akkreditasiya bölməsinin müdiri Nazim Abbasov, Azərbaycan Texniki Universitetinin dosenti Bəxtiyar Namazov isə qrupun üzvü təyin ediliblər.

 

İşçi qrupa tapşırılıb ki, universitetdə təhsil alan tələbələrin Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları bala, ixtisaslarına və tədris dilinə uyğun olaraq, habelə onların dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil alması nəzərə alınmaqla digər ali təhsil müəssisələrinə yerləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb nazirliyin rəhbərliyinə təqdim etsin, akademik məzuniyyətdə olan və ya müxtəlif səbəblərdən ali məktəbdən xaric olunmuş tələbələr barədə arayış hazırlasın.

 

Əmrdə qeyd olunub ki, işçi qrupun sədrinə qrupun fəaliyyətinə əlavə əməkdaşlar cəlb etmək səlahiyyəti verilib.

Qeyd edək ki, Qafqaz Universiteti ləğv edilib.

 

Namidə BİNGÖL

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi