Modern.az

Ərdoğan BMT-də islahatların aparılmasını təklif edib

Ərdoğan BMT-də islahatların aparılmasını təklif edib

23 Yanvar 2017, 19:02

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının (TŞ) dəyişdirilməsi təklifi ilə çıxış edib.

 

Modern.az-ın məlumatına görə, R.T.Ərdoğan bu quruma 20 ölkənin daxil olmasını təklif edib.

Türkiyə prezidenti deyib: “Mən dünya ictimiayyətini birləşməyə və BMT-də islahatlar keçirməyə çağırıram. BMT Təhlükəsizlik Şurası üzvlərinin daimi və müvəqqəti üzvlərə bölünməsini ləğv etmək lazımdır”.

 

R.T.Ərdoğan BMT TŞ-da təmsil olunacaq 20 ölkənin hər iki ildən bir dəyişməsini də təklif edib.

Qeyd edək ki, hazırda BMT Təhlükəsizlik Şurasına 5 daimi, 10 müvəqqəti üzv daxildir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi