Modern.az

Türk deputat NATO-nu terror təşkilatı ADLANDIRDI

Türk deputat NATO-nu terror təşkilatı ADLANDIRDI

23 Yanvar 2017, 20:02

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı Şamil Tayar NATO-nu terror təşkilatı adlandırıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o deyib ki, Alyans Türkiyəyə təhlükə törədən struktura çevrilib.

Depuatın sözlərinə görə, NATO yaradılandan bəri Türkiyə əleyhinə yönələn tədbirlərdə iştirak edib.

“Türkiyə NATO-ya qoşulandan bəri çevrilişlər yaşayıb. NATO həmişə ölkədə çirkin və qanlı cinayətlərin başında durub.

1960-cı ildə hərbi çevrilişi britaniyalılar planlaşdırıb, 1971-ci ildəki dövlət çevrilişini Mərkəzi Kəşfiyyat İdarəsi planlaşdırıb və 1980-ci ildəki çevrilişi NATO planlaşdırıb.

NATO-nun yeni planında Türkiyənin prezident Rəcəb Tayyib Ərdoğanla mövcud olmamasıdır”, - Tayar bəyan edib.

 

Depuat əlavə edib ki, NATO regionda təhlükəyə çevrilib və terror təşkilatlarını yayır: “Siz NATO-nu İraq-Şam İslam Dövləti, PKK və FETÖ ilə təsnif edə bilərsiniz”.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır