Modern.az

Buzlu yolda sürüşən maşın çaya düşdü: ata öldü, oğul yaralandı

Buzlu yolda sürüşən maşın çaya düşdü: ata öldü, oğul yaralandı

23 Yanvar 2017, 19:41

İsmayıllı rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Modern.az saytı xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında İsmayıllı-Qalacıq-İstisu avtomobil yolunda qeydə alınıb.

 

Belə ki, Qəbələ rayon sakini, 1962-ci il təvəllüdlü Ağaməmmədov Ağaməmməd Əliheydər oğlu idarə etdiyi 36-BG-893 dövlət nömrə nişanlı, “QAZel” markalı yük avtomobili ilə Qalacıq kəndinin ərazisində, Göyçay çayı üzərindəki körpüdən keçərkən yolun buz bağlaması səbəbindən idarəetməni itirib və maşın yoldan çıxaraq çaya düşüb.

 

Hadisə zamanı sürücü Ağaməmməd Ağaməmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, onun oğlu, 1992-ci il təvəllüdlü Ağaməmmədov Pərviz Ağaməmməd oğlu isə ağır bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Hadisə zamanı “QAZel”in yük yerindəki iki baş iribuynuzlu heyvan yüngül xəsarət alıb.

 

Qeyd edək ki, ata və oğlu mal-qara alveri ilə məşğul olub, İstisu kəndindən aldıqları heyvanları Qəbələyə apararkən hadisə baş verib.

 

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir