Modern.az

Bakıda Dəmir Yolu Vağzalının qarşısındakı yol bağlanır

Bakıda Dəmir Yolu Vağzalının qarşısındakı yol bağlanır

23 Yanvar 2017, 20:15

Bakıda Dəmir Yolu Vağzalının yanındakı meydan və yol bağlanacaq. Modern.az saytı xəbər verir ki, bu barədə Modern.az saytına "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, ərazi yanvarın 24-ü səhər saatlarından etibarən asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar təmirə bağlanır: "Təmir işləri Azadlıq prospektindən (C.Cabbarlının heykəli) Dilarə Əliyeva küçəsi ilə kəsişməyədək olan ərazini əhatə edəcək. Sözügedən ərazidə hərəkətin məhdudlaşdırılması bir-neçə günlük tətbiq edilir. Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik".

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi