Modern.az

Post patrul avtomobili qəza törətdi: 1 ölü, 1 yaralı

Post patrul avtomobili qəza törətdi: 1 ölü, 1 yaralı

23 Yanvar 2017, 21:23

Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib. Modern.az saytı xəbər verir ki, Trend-in məlumatına görə, Tovuzun girişində "VAZ 21011" markalı minik avtomobili post patrul avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobilinin sərnişini 31 yaşlı Tural Əsgərov Fikret oğlu hadisə yerindəcə dünyasını dəyişib. 25 yaşlı sürücü Rəşad Qədiməliyev isə ağır bədən xəsarətləri ilə Tovuz mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyeti orta ağır olaraq qiymətləndirilir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi