Modern.az

ABŞ Trans-Sakit Okean Tərəfdaşlığını tərk edir

ABŞ Trans-Sakit Okean Tərəfdaşlığını tərk edir

Dünya

23 Yanvar 2017, 22:16

ABŞ Trans-Sakit Okean Tərəfdaşlığını (TPP) tərk edir. Modern.az saytı xəbər verir ki, bu barədə  ABŞ prezidenti Donald Tramp fərman imzalayıb. Məlumata görə, ötən il 12 ölkənin iştirakı ilə imzalanan Trans-Sakit Okean Tərəfdaşlığına dair saziş Asiya və Sakit Okean regionunda geniş azad ticarət zonasının yaradılmasını nəzərdə tuturdu.

 

Saziş həmçinin Asiya və Sakit Okean regionunda müxtəlif mal və xidmətlərə gömrük rüsumunun ləğvini nəzərdə tuturdu. Sənəd Avstraliya, Bruney, Vyetnam, Kanada, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, ABŞ, Sinqapur, Çili və Vyetnam tərəfindən imzalanmışdı.

 

Qeyd edək ki, dünya iqtisadiyyatının 40 faizi və dünya ticarətinin 1/3 hissəsi  Sakit okean ölkələrinin payına düşür.

 

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp TPP sazişini təhlükəli adlandıraraq, layihənin həyata keçirilməsinə qarşı çıxış edib. O, Çinin qeyd olunan sazişdən istifadə edəcəyini və layihədən daha çox qazanacağını bildirib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür