Modern.az

İraqda 31 İŞİD terrorçusu edam edilib

İraqda 31 İŞİD terrorçusu edam edilib

23 Yanvar 2017, 22:27

İraqda 31 İŞİD terrorçusu edam edilib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İraqın Səlahəddin əyalətinin Samirə şəhər bələdiyyəsinin rəhbəri Mahmud Xalef məlumat verib.

Onun sözlərinə görə, edam olunan şəxslər 2014-cü ildə "Spayker" hərbi bazasında qətliam işi üzrə ittiham edilib. İŞİD terrorçusu olan edam edilmiş şəxslərin cəsədi ailələrinə təhvil veriləcək.

Qeyd edək ki, 12 iyun 2014-cü ildə İŞİD terror qruplaşmasının silahlıları Səlahəddin əyalətində yerləşən "Spayker" hərbi bazasına hücum edərək 1700 İraq hərbçisini qətlə yetiriblər.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi