Modern.az

Millimizin baş məşqçisi Türkiyə klubuna getmir

Millimizin baş məşqçisi Türkiyə klubuna getmir

23 Yanvar 2017, 23:05

"Bursaspor"un vitse-prezidenti Ali Ademoğlu millimizin baş məşqçisi Robert Prosineçki ilə maraqlandıqları barədə xəbərləri təsdiqləyib. Modern.az saytı xəbər veir ki, APA-nın məlumatına görə, klub rəsmisi xorvatiyalı mütəxəssislə ilkin danışıqlar apardıqlarını açıqlayıb.

 

"Klub nümayəndələri Azərbaycandadırlar. Qısa zaman ərzində məsələ ilə bağlı son məlumatları bildirəcəyik. Prezidentimiz Ali Ayla birgə hazırda Ankaraya qayıdırıq. Axşam saatlarında İdarə Heyətimiz bir araya gələrək qərarı açıqlayacaq" - deyə, Ademoğlu bildirib.

 

Türkiyədən dəvət aldığını təsdiqləyən Prosineçki qısa danışıb: "Təklifə hörmətlə yanaşdım, amma "Bursaspor" rəsmilərinə bildirdim ki, mərhələnin sonuna qədər Azərbaycan millisi ilə müqaviləm var. Bu səbəbdən mənim o kluba keçməyim doğru deyil".

 

Qeyd edək ki, "Bursaspor"un Prosineçki ilə 2,5 illik müqavilə imzalamaqla bağlı razılığa gəldiyi iddia edilir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi