Modern.az

Telman İsmayılovun miflis olduğu rəsmiləşdi

Telman İsmayılovun miflis olduğu rəsmiləşdi

23 Yanvar 2017, 23:57

Moskva Dairə Arbitraj Məhkəməsi iş adamı Telman İsmayılovun müflis elan edilməsi ilə bağlı qərardan şikayətinə baxmaqdan imtina edib. Modern.az saytı Rusiya mediasına istinadən xəbər verir ki, məhkəmə Çerkizovo bazarının keçmiş sahibinin aşağı instansiya məhkəməsinin qərarından şikayəti vaxtında verə bilmədiyini bildirib.

Məlumata görə, Arbitraj məhkəməsi İsmayılovun şikayət ərizəsini noyabr ayının 24-nə kimi təqdim etməli olduğunu vurğulayıb. Sənədlər isə məhkəməyə yaknız dekabrın 28-də daxil olub. İş adamının gecikməni izah etmək üçün göstərdiyi səbəbləri məhkəmə üzrlü hesab etməyib.

 

Telman İsmayılovun müflisləşmə proseduru 2016-cı ilin avqust ayında başlayıb. Qərar iş adamının 17,4 milyard rubl borclu olduğu “VTB Bank”ın iddia ərizəsi əsasında verilib.

 

2015-ci ilin dekabr ayında Moskva vilayətinin Arbitraj Məhkəməsi kreditor Boris Zubkovun ərizəsi əsasında baxılan işin yekununda Telman İsmayılovu artıq müflis elan etmişdi. Lakin 2016-cı ilin martında bu qərar apellyasiya məhkəmısində ləğv olunmuşdu. Sonradan bu qərardan Telman İsmayılov Ali Məhkəməyə də şikayət ərizəsi vermişdi.

 

2007-ci ildə İsmayılovun təsis etdiyi “AST” qrupuna daxil olan təxminən 30 şirkətin illik dövriyyəsi, iş adamının öz sözlərinə görə, 3 milyard dollara bərabər idi.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır