Millimizin futbolçusu Ufuk Budak çıxış etdiyi Türkiyənin "Kayserispor" klubunun əsas heyətindən uzaqlaşdırılıb. Modern.az saytı xəbər verir ki, qol.az-ın məlumatına görə, klub rəhbərliyi və məşqçilər heyətinin birgə keçirdiyi iclasdan sonra bu qərar verilib.
U.Budakla yanaşı, digər 3 futbolçu - Miladin Stevaniç Mert İliman Mert Özyıldırım ya əvəzedici komandadan çıxış etməli, ya da özlərinə yeni klub tapmalıdırlar.
Modern.az