15 dekabr 2017, Cümə
Ana Səhifə - MÜSAHİBƏ - "Trampın siyasəti dünya iqtisadiyyatını darmadağın edəcək" - MÜSAHİBƏ  
"Trampın siyasəti dünya iqtisadiyyatını darmadağın edəcək" - MÜSAHİBƏ  
24.01.2017, 09:58

Rəsul Quliyev: "Radikal İslam üzərində qələbə çalınsa, müsəlman ölkələrinin inkişafına yol açılar" 

 

Azərbaycan parlamentinin eks-spikeri, hazırda ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyev Ağ Evin yeni rəhbəri Donald Trampın yürüdəcəyi siyasət barədə Modern.az saytına müsahibə verib.

-Tramp prezident kimi and içdi və buradakı çıxışlar daha çox Amerikanın daxili təhlükəsizlik, iqtisadi-sosial problemlər, digər məsələlərə yönəldildi. ABŞ-da yaşayan bir şəxs kimi nə gözləyirsiniz? Amerika diqqəti daxilə yönəltdikdən sonra dünyanın iqtisadi-siyasi tablosu dəyişəcəkmi?

-Trampın inauqurasiya çıxışı indiyə qədər olan çıxışların arasında ən qısasıdır. Cəmi 16 dəqiqə. Bu, həm də konkret ideyaların konkret reallaşdırmasını göstərən bir çıxışdır. Bu çıxışda bir dənə olsun belə, ümumi prinsiplərdən danışan cümləyə rast gəlmək mümkün deyil. Bu gün ABŞ dünyanın yeganə “superderjava”sıdır. Avropa Birliyi və ya Çinin növbəti supergüc ola bilməsini ən azı 15 il gözləmək lazım gələcək. Bu da Əgər Amerikada tənəzzül baş verərsə.

 

Dünyanın istər siyasi, istər iqtisadi ,istərsə də hərbi iqlimini dəyişə biləcək yeganə ölkə Amerikadır və onun daxilində baş verəcəklər güzgü effekti ilə bütün ölkələrdə öz əksini tapır. İstər pozitiv, istərsə də neqativ mənada. Ona görə də Trampın çıxışı sözün əsl mənasında təlatüm yaradıb və dünyanın aparıcı ölkələri - Çin, Yaponiya, Almaniya, Fransa və  digərləri - səbirsizliklə Trampın hansı addımları atacağını gözləyirlər. Bu ölkələrin heç biri Trampın ölkə daxilində aparacağı reformalara hazır deyillər.
Trampın daxili siyasəti indiyə qədər formalaşmış qlobal iqtisadiyyatın qanunlarını darmadağın edəcək. Belə bir işi isə tezliklə görmək mümkün deyil. Heç 4 illik prezidentlik dövründə də başa çatdırmaq mümkün deyil. Tramp ölkədə işsizliyi azı 3 dəfə aşağı salmaq istəyir. Ona görə də Amerikada mallarını satan kompaniyaların hamısına “əgər satmaq istəyirsənsə, Amerikada istehsal et, əks halda, 35 faiz idxal vergisi qoyacağam” deyə anons edilir. Bu, çox mürəkkəb məsələdir. Bəs xaricdə mal istehsal edib Amerikada satan ABŞ kompaniyaları necə olacaq?

Çində, Vyetnamda və ya başqa ölkələrdə trikotaj məhsullar istehsal edib - söhbət “Polo” kimi hegemon Amerika kompaniyalarından gedir - dünyanın bütün ölkələrində, o cümlədən Amerikada satan nəhənglər nə etməlidirlər? Yəni Trampın siyasətinə cavab olaraq Çin və başqa ölkələr Amerika şirkətlərini ölkələrindən çıxarsalar, dünyanın iqtisadi rəngi necə dəyişəcək? Trampın siyasətində yüzlərlə həlli vacib olan məsələlər var. Ona görə də Tramp işsizliyi azaltmağa maksimum 50-60 faiz nail olacaq. Ancaq bu, onsuz da işsizliyin aşağı səviyyədə olduğu Amerika üçün çox böyük rəqəmdir. Bu, ildə ABŞ iqtisadiyyatının azı 4 faizə qədər yüksəlməsidir. Bu rəqəm ildə 18 trilyonluq məhsul istehsal edən ABŞ üçün çox böyükdür.

Məsələn, bu, Rusiya üçün 40 milyard dollarlıq məhsul deməkdirsə, ABŞ üçün 700 milyard dollardır. İstənilən variantda ABŞ dövlət quruluşu, siyasi kursu ilə daha çox Avropa Birliyinə yaxındır. Avropada isə həmişə bir nömrəli partnyoru Böyük Britaniya olub. Bu ənənə davam edir. Trampın görüşəcəyi birinci dövlət başçısı Böyük Britaniyanın baş naziri Tereza Meydir. Onların görüşündən çox şey asılıdır.

-Bəs Tereza Mey yeni siyasi təcrübəsi olan Trampa hansı ideyalar verə bilər?

-Mey Trampa Avropa ilə əlaqələrin real müstəvisini göstərməyə çalışacaq. Trampa “birinci səfərin Almaniyaya olsa, yaxşı olar” ideyasını verəcək. Mey konservatordur. Almaniyada və Fransada sosialist, millətçi meyllilərin hakimiyyətə gəlməsini istəmir. Almaniyada seçkilər olacaq. Hakimiyyətə solçuların gəlməsi heç arzu edilən deyil. Nəzərə alsaq ki, Fransanın sağçıları da solçuları ilə çox da fərqli olmayan mövqedədirlər. Və millətçi Le Penin şansı var. Güclü Almaniyada Merkelin qalması Avropada sosialist Fransanı neytrallaşdıra bilər.

-Trampın çıxışından belə qənaətə gəlmək olarmı ki, ABŞ dünyadakı proseslərə o qədər də müdaxilə etməyəcək?

 

-ABŞ-da bu tipli izoliyasiya siyasəti 19-cu əsrin axırı və 20-ci əsrin əvvəllərində də olub. Demək olar ki, 1940-cı ilə qədər davam edib. Ancaq 2-ci Dünya Müharibəsindən sonra dünyanın heç bir regionunda istənilən problem ABŞ-ın iştirakı olmadan həll edilməyib. ABŞ bütün regionlarda mövcuddur. ABŞ-ın hegemon olmasını əksəriyyət ölkələr istəyir. ABŞ-ın hegemonluğu bir çox baş verə biləcək müharibələrin qarşısını alır, başqa sözlə, ABŞ dünya münaqişələrində qismən daha ədalətli arbitr hesab edilir. Və bu həqiqətdir.

Siz Rusiya və ya Çinin arbitr olduğu bir dünyanı təsəvvürünüzə gətirin. ABŞ-ın izolyasiya siyasətinin 2-ci Dünya Müharibəsinin başlanmasında rolunun olduğunu danmaq mümkün deyil.

Ona görə də istənilən variantda Tramp yenidən izolyasiya siyasətinə qayıda bilməz. Yığdığı komanda üzvlərinin şəxsiyyətləri də belə bir işin baş verməyəcəyinə dəlalət edir. Məsələn fikirləşin ki, Asiyada Çin və onun ətrafının işlərinə ABŞ qarışmır. Bu regionda Yaponiya ilə Çin, Çinlə Cənubi Koreya arasında müharibə alovunun alışmamasını sığorta etmək etmək mümkün deyil.

ABŞ güc mərkəzləri olan ölkələrdən izolyasiya olmayacaq, ancaq kiçik ölkələrə diqqətini azaldacaq.

-Tramp “radikal İslam” ifadəsini işlətdi. İndi nə düşünək? Dünya müsəlmanlarına qarşı yeni “Səlib yürüşü”nün başlanacağınımı?

-Amerika liderlərinin radikal İslamla normal İslamı ayırmaq cəhdləri çoxdan başlayıb.2001-ci ilin sentyabrından. Və bu gün də davam edir. “Radikal İslam” sözünü Buş və Obama da dəfələrlə işlədib. Bu sözü işlətmək 8-12-ci əsrlərdə baş vermiş “Xaç yürüşü” demək deyil. O yürüşlər də heç bir nəticə vermədi, əksinə, axırda İslamın qələbəsi ilə qurtardı. Radikal İslama qətiyyətli müharibə elan edən Trampın azı 15 İslam ölkəsində dövlət tərəfindən dəstəkçiləri var. Radikal İslam üzərində qələbə çalınsa, müsəlman ölkələrinin inkişafına da yol açılar.

-Ağ Evin bundan sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansısa addım atmayacağını ehtimal etmək olarmı?

 

-ABŞ indiyə qədər atdığı addımlardan fərqli heç bir addım atmayacaq. Ola bilər hansısa ABŞ rəsmisi dünyada milli bazada yaranmış münaqişələr mövzusunda məruzə edərkən Dağlıq Qarabağ problemindən də danışsın.

Trampın Azərbaycandan tanışlarının olmasına xüsusi əhəmiyyət verənlərə yazığım gəlir. Bu tanışlıqların nə əhəmiyyəti ola bilər?!

Bizim az intellekti olan  insanların cılız analizlərini oxumaq, dinləmək mümkün deyil.

Qarabağ probleminin həlli Rusiyanın əlindədir. Rusların Allahının ən yaxın dostlarından biri azərbaycanlıdır (İlham Rəhimovu nəzərdə tutur-A.K). Məgər Putin gələndən sonra bu problemin həllində irəliləyiş oldumu? Xeyr. Nəzərə alsaq ki, Putinin dostu sözün əsl mənasında millətini sevən adamdır.

Deməli, ayrı-ayrı şəxslərin və bütövlüklə dövlətin ABŞ kimi ölkənin strateji planına təsir etmək imkanı yoxdur.

Başqa cür olsaydı, məsələn Türkiyə ABŞ-a Dəmirəlin vaxtında təsir göstərərdi. İndi yox.

-Çin faktorundan danışdınız. Mən istərdim ki, bir az konkret fikirlərlə izah edəsiniz. Çin dünya nəhənginə çevrilə biləcək, yoxsa ABŞ buna imkan verməyəcək?

-Çin artıq nəhəngdir, ancaq ABŞ kimi “superderjava” olma şansı yoxdur. Birincisi, Çin qabağa çıxmaq istəsə, Avropa, Yaponiya, Koreya həmişə ABŞ-ın yanında olacaq. Bu birliyə çatmaq isə heç vaxt mümkün deyil. Əgər Çin Ural dağlarından Kamçatkaya qədər Rusiyanın torpaqlarını ələ keçirib, əhalisinin sayını azı 3 milyarda çatdırsa, bəlkə nəyəsə ümid edə bilər. Ancaq Çin böyük dövlətdir, dünyanın ikinci iqtisadiyatına malikdir və onunla hesablaşmaq lazım gələcək.

Tramp istəsə də, istəməsə də Çinlə əlaqələrini qurmalıdır. Çinin hərbi sektorda da ABŞ-a çatmasına 10 illər lazımdır. Bu gün Çin ABŞ-ın 610 milyard dollarlıq hərbi xərclərinin qarşısında 190 milyard dollar xərcləyə bilir. Adambaşına məhsul istehsalına görə Amerikadan 20 dəfə az məhsul istehsal edir. Bunlar çox vacib göstəricilərdir.

-Rusiya ilə bağlı siyasətdə hansı redaktələr ola bilər?

-Rusiyaya gəldikdə, Tramp heç vaxt onunla eyni hüquqlu dövlət kimi davranmayacaq. Öz istədiklərini xoşluqla Rusiyaya qəbul etdirməyə, alınmasa, zorla bu işi görməyə çalışacaq. Bu da alınmasa, Obama kimi yarımçıq yox, əsl düşmən kimi özünü aparacaq. Ona görə də Rusiya ilə münasibətlərin tezliklə dəyişəcəyi fikirləri reallıqdan uzaqdır. Trampın komandasında olanların da Rusiya ilə münasibətləri xoş deyil. Rusiya gücü olmayan, döyülməsinə baxmayaraq, səsini kəsməyən tərbiyəsiz uşaqlara oxşayır. Trampın tərbiyə vermək cəhdinin nəticə verəcəyinə inanmıram.

-Tramp bu templə getsə, onun impiçment olunmaq ehtimalı varmı? Artıq Qərb mətbuatında oxumuşam ki, Tramp Konstitusiyanı pozur.

-Trampın tempinin impiçmentlə heç bir əlaqəsi yoxdur. İmpiçment hansısa konstitusion normaları pozduqda baş verə bilər. Yəni Trampın Konstitusiyanı pozan hansı bir addımı ortaya çıxsa və sübuta yetirilsə, impiçment prosesinə başlaya bilərlər. Hər halda bu yaxın vaxtlarda gözlənilmir.

-Trampı Rusiya hakimiyyətə gətiribmiş kimi iddialar Qərb mətbuatının gündəmini zəbt edib. Yəni, söhbət əsasən seçkilərə kibermüdaxilədən gedir. Sualım isə belə olacaq? Rusiya kəşfiyyatı ABŞ-da dərin kök sala bilibmi?

-Trampın hakimiyyətə gəlməsində Rusiyanın rolu olduğunu iddia edənlər, ağ yalanlar danışır. Heç bir ölkə faktoru ABŞ xalqının fikirində həlledici rol oynaya bilməz. Nəzərə alsaq ki, seçicilərin 80 faizinin ümumiyyətlə Rusiyadan və onun hərəkətlərindən xəbəri yoxdur, belə gülünc ideyaları irəli sürmək ağılsızlıqdır. Kiberhücumlar olub və buna şəxsən Putin rəhbərlik edib. Bu da həqiqətdir. Bu pirat hərəkətinə görə Rusiya cəzalandırılmalıdır. Ancaq “Rusiyanın köməkliyi ilə Tramp prezident seçilib” deyə iddia etmək nadanlıqdır. Rusiyada Trampı şantaj edəcək şəkillərin, materialların olmasına gəlincə, əgər bu həqiqətdirsə və o materiallar ABŞ orqanlarının əlinə keçsə, Trampı impiçmentdən heç bir şey xilas edə bilməz.

 

Aqşin Kərimov

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ata içki süfrəsində oğlunun qanını tökdü
15.12.2017, 23:41

Ata içki süfrəsində oğlunun qanını tökdü

Qüds itirilsə, Mədinəni də qorumaq olmayacaq
15.12.2017, 23:24

Qüds itirilsə, Mədinəni də qorumaq olmayacaq

Neft bir qədər bahalaşdı
15.12.2017, 23:11

Neft bir qədər bahalaşdı

Qurbanov kubok oyunlarından həmişə ehtiyat edib
15.12.2017, 22:57

Qurbanov kubok oyunlarından həmişə ehtiyat edib

“Mən öz yerimdəyəm, Moskvanı tərk etməmişəm” – Stalinin imtina etdiyi BUNKER
15.12.2017, 22:39

“Mən öz yerimdəyəm, Moskvanı tərk etməmişəm” – Stalinin imtina etdiyi BUNKER

Baş Qərargah rəisləri bir arada
15.12.2017, 22:34

Baş Qərargah rəisləri bir arada

30 qram istifadə etməklə ZEHNİ və FİZİKİ YORĞUNLUQDAN QURTULUN
15.12.2017, 22:28

30 qram istifadə etməklə ZEHNİ və FİZİKİ YORĞUNLUQDAN QURTULUN

Gələn il birrəqəmli inflyasiya olacaq
15.12.2017, 22:16

Gələn il birrəqəmli inflyasiya olacaq

Əmək kitabçaları tarixə qovuşur - Video
15.12.2017, 22:07

Əmək kitabçaları tarixə qovuşur - Video

Ermənistan Azərbaycanda yaşayan erməniləri ağır duruma salıb
15.12.2017, 21:57

Ermənistan Azərbaycanda yaşayan erməniləri ağır duruma salıb

İndoneziyada 6,8 bal gücündə zəlzələ
15.12.2017, 21:42

İndoneziyada 6,8 bal gücündə zəlzələ

"Sumqayıt" "Qarabağ"ı kubokdan kənarlaşdırdı
15.12.2017, 21:31

"Sumqayıt" "Qarabağ"ı kubokdan kənarlaşdırdı

Qəzza zolağında  toqquşma: 2 ölü, 263 yaralı
15.12.2017, 21:20

Qəzza zolağında  toqquşma: 2 ölü, 263 yaralı

Sahibkarlara 17,8 milyon manat güzəştli kredit verilib
15.12.2017, 21:06

Sahibkarlara 17,8 milyon manat güzəştli kredit verilib

Cəlilabadda evdən 5 min manatlıq qızıl oğurlanıb
15.12.2017, 20:52

Cəlilabadda evdən 5 min manatlıq qızıl oğurlanıb

100-CÜ BAHARA DOĞRU . . .
15.12.2017, 20:40

100-CÜ BAHARA DOĞRU . . .

Bu ölkədə vətəndaşların borcları silinəcək
15.12.2017, 20:27

Bu ölkədə vətəndaşların borcları silinəcək

Tramp Putindən kömək gözləyir
15.12.2017, 20:13

Tramp Putindən kömək gözləyir

Ərəb diplomatlar Bakıda universitetdə toplandı
15.12.2017, 20:02

Ərəb diplomatlar Bakıda universitetdə toplandı

Polis şahidi məhkəmədən yayındırıb? Nazirlik cavab verdi
15.12.2017, 19:51

Polis şahidi məhkəmədən yayındırıb? Nazirlik cavab verdi

Dünyanın ən varlı idmançısının adı AÇIQLANDI
15.12.2017, 18:57

Dünyanın ən varlı idmançısının adı AÇIQLANDI

Müdafiə Nazirliyi ordu haqqında yayılan fikirlərə münasibət bildirib
15.12.2017, 18:45

Müdafiə Nazirliyi ordu haqqında yayılan fikirlərə münasibət bildirib

Prezident İlham Əliyev Nursultan Nazarbayevi təbrik edib
15.12.2017, 18:37

Prezident İlham Əliyev Nursultan Nazarbayevi təbrik edib

Danimarkada yanvarın 1-dən marixuana leqallaşdırılır
15.12.2017, 18:32

Danimarkada yanvarın 1-dən marixuana leqallaşdırılır

Kraliçanın ailəsində toy olacaq
15.12.2017, 18:26

Kraliçanın ailəsində toy olacaq

Sumqayıta 7 milyon manat ayrıldı
15.12.2017, 18:12

Sumqayıta 7 milyon manat ayrıldı

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edildi - SİYAHI
15.12.2017, 18:02

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edildi - SİYAHI

Oqtay Əsədov deputatları DANLADI   
15.12.2017, 17:57

Oqtay Əsədov deputatları DANLADI  

8 min azərbaycanlı ABŞ vətəndaşlığını qəbul edib
15.12.2017, 17:52

8 min azərbaycanlı ABŞ vətəndaşlığını qəbul edib

“Kanal 13”ün icraçı direktoruna 6 il həbs verildi
15.12.2017, 17:52

Kanal 13”ün icraçı direktoruna 6 il həbs verildi

Əkin yerlərinin yandırılmasına görə cəzalar müəyyənləşdi
15.12.2017, 17:48

Əkin yerlərinin yandırılmasına görə cəzalar müəyyənləşdi

“Müəllimlər, həkimlər yoxsul kontingentə daxildir”
15.12.2017, 17:41

“Müəllimlər, həkimlər yoxsul kontingentə daxildir”

Komitə sədri eyni mənzilin bir neçə nəfərə satılmasından DANIŞDI   
15.12.2017, 17:38

Komitə sədri eyni mənzilin bir neçə nəfərə satılmasından DANIŞDI  

Bir mənzilin bir neçə nəfərə satılmasının qarşısını alan dəyişiklik qəbul edildi
15.12.2017, 17:33

Bir mənzilin bir neçə nəfərə satılmasının qarşısını alan dəyişiklik qəbul edildi

Məmur olmaq istəyənlər üçün müsahibə elan edildi   
15.12.2017, 17:28

Məmur olmaq istəyənlər üçün müsahibə elan edildi  

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.08%)
Araz Ağalarov (13.5%)
Mübariz Mənsimov (17.4%)
Fərhad Əhmədov(13.9%)
Füzuli Məmmədov(52.1%)
Telman İsmayılov (0.13%)
İsgəndər Xəlilov(0.08%)
Vaqif Məmişov(0.04%)
Heç biri(1.57%)
Digərləri(0.87%)