Modern.az

Azərbaycanda ölümlərin, boşanmaların STATİSTİKASI

Azərbaycanda ölümlərin, boşanmaların STATİSTİKASI

24 Yanvar 2017, 10:01

Azərbaycanda ötən ilin yanvar-noyabr ayları ərzində 51,6 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 5,8 təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən Modern.az-a məlumat verilib.

Qeydiyyat şöbələri tərəfindən 2016-cı ilin 11 ayı ərzində 60,8 min nikah və 12,0 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,9, boşanmaların sayı isə 1,4 olub.

Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycana daimi yaşamaq üçün 3104 nəfər gələn və 1709 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 1359 nəfər təşkil edib.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi