Modern.az

Azərbaycanda kreditlərin 8,9 faizinin ödəmə vaxtı keçib

Azərbaycanda kreditlərin 8,9 faizinin ödəmə vaxtı keçib

24 Yanvar 2017, 10:14

2016-cı il dekabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16275,5 milyon manat təşkil edib.

Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onun 12824,5 milyon manatı uzunmüddətli kreditlər olub.

Kredit portfeli 2015-ci il dekabr ayının 1-i ilə müqayisədə 13,2 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,9 faizini təşkil edib.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il dekabr ayının 1-nə 7605,8 milyon manat təşkil edib.

Dekabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,75 manata (ilin əvvəlindən 1,60 manata), 1 Avroya – 1,84 manata (1,77), 100 Rusiya rubluna – 2,82 manata (2,39) bərabər olub.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir