Modern.az

Minimum əməkhaqqı artımı 145 min nəfəri əhatə edəcək

Minimum əməkhaqqı artımı 145 min nəfəri əhatə edəcək

24 Yanvar 2017, 11:04

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkə başçısının minimum əmək haqqının artırılması barədə sərəncamını şərh edib.

Nazir artımın neçə nəfəri əhatə edəcəyinə dair statistikanı açıqlayıb.

Modern.az xəbər verir ki, nazir bununla bağlı keçirdiyi mətbuat konfransında Azərbaycanda minimum əməkhaqqının artırılmasının 145 min nəfəri əhatə edəcəyini bildirib.

Onun sözlərinə görə, hazırda təqribən 71 min nəfərin maaşı minimum əməkhaqqı səviyyəsindən aşağıdır. S.Müslümov qeyd edib ki, bu kateqoriyaya aid olan vətəndaşlar əsasən yarımştat və ya saathesabı çalışanlardır, ona görə də onların maaşı 105 manatdan azdır.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci il yanvarın 1-dən minimum aylıq əməkhaqqı 105 manatdan 116 manatadək artırılıb.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?