Modern.az

“Türk etnokosmik yaddaşının Musa Yaqub paradiqması”

“Türk etnokosmik yaddaşının Musa Yaqub paradiqması”

24 Yanvar 2017, 11:07

Çağdaş Azərbaycan poeziyasının təkrarsız şairi Musa Yaqubun poeziyasına həsr olunan növbəti kitab belə adlanır. 

 

Filologiya üzrə fəlsəfə doktoru Qalib Sayılovun qələmə aldığı kitabda şairin sənət nümunələri ilə Azərbaycan dili və folkloru arasında bağlılıqdan geniş bəhs olunur. 

 

"Elm və Təhsil” nəşriyyatında nəfis tərtibatda çap olunan kitaba ön sözü filologiya üzrə elmlər doktoru, professor Seyfəddin Rzasoy yazıb. Əyani vəsait kimi istifadə olunacaq "Türk etnokosmik yaddaşının Musa Yaqub paradiqması” kitabı "Təfəkkürdə milli kimlik”, "Əfsanəvi poeziyada əfsanə”, şairin öz şeirinin adı ilə həmahəng olan "Bir sabah sənindir, bir sabah mənim” və s. kimi tədqiqati bölümlərdən ibarətdir.

Oxucular kitabda folklor nümunələrimizin şairin yaradıcılığında bədii inikasını tapacaq, milli-mənəvi dəyərlərimizin poetik təcvirinə ilgili nümunələri ilə yaxından tanış olacaqlar.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu